CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərdə əməliyyat keçirildi, suya atılan heroin çıxarıldı

Abunə olmaq
Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir

BAKI, 5 oktyabr — Sputnik. 2018-ci ilin sentyabr ayının 28-də Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Astara rayonunun Şahağacı kəndi istiqamətində naməlum üzmə vasitəsi aşkar olunaraq, hərəkəti nəzarətdə saxlanılıb.

IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Turizm sahəsində əməkdaşlığın inkişafı adlı dəyirmi masa işinə başlayıb - Sputnik Azərbaycan
Xəzər dənizində kruiz laynerləri təşkil olunacaq

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin mətbuat şöbəsindən məlumat verilib. Bildirilib ki, DSX Sahil Mühafizəsinin həmin istiqamətdə xidmət aparan sərhəd gözətçi gəmisinə göstərilən əraziyə doğru hərəkət etməsi göstərişi verilib. Eyni zamanda Astara və Lənkəran rayonları üzrə sahilboyu həssas nöqtələr nəzarətə götürülüb.

Aşkar olunan üzmə vasitəsi qısa müddət ərzində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsini tərk edib. Həmin üzmə vasitəsinin ərazi sularımızdakı hərəkət trayektoriyası və koordinatları əməliyyat müşahidəsinə götürülüb. 30 sentyabr tarixində 2 nəfər heyət üzvü ilə rejim sularına çıxmış "KƏ-226" bort nömrəli "Mariner-75" mühərrikli taxta qayığın həmin koordinatlara yaxınlaşması müəyyən edilib. Qayıq sahilə yan alarkən sərhədçilərə tabesizlik göstərərək dənizdə sahildən 200 metr məsafədə manevrlər edib. Hərəkət zamanı qayıqdan 2 ədəd bağlama suya atılıb.

Qayığın heyət üzvləri Astara rayon sakinləri 1977-ci il təvəllüdlü Şabanov Ramin Naib oğlu və 1995-ci il təvəllüdlü Əlizadə Niyaz Rufulla oğlu saxlanılıb. Qayığın manevr etdiyi koordinatlara baxış keçirilib. Dənizə onlar tərəfindən atılan 2 ədəd bağlama aşkar olunaraq götürülüb. Baxış zamanı bağlamalarda ümumi çəkisi 2 kq 200 qram olan heroin olması müəyyən edilib.

İlkin araşdırma zamanı saxlanılan şəxslər həmin narkotik vasitələrin onlar tərəfindən götürülməsini və sahilə çıxarkən sərhədçilərin keçirdiyi yoxlama zamanı ifşa olunacaqlarından ehtiyat etdikləri üçün dənizə tulladıqlarını etiraf ediblər.

Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0