Xəzər dənizində kruiz laynerləri təşkil olunacaq

© Sputnik / Rashad KeremogluIX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində "Turizm sahəsində əməkdaşlığın inkişafı" adlı dəyirmi masa işinə başlayıb
IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Turizm sahəsində əməkdaşlığın inkişafı adlı dəyirmi masa işinə başlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq kruiz şirkətləri yeni marşrutların yaranmasında maraqlıdır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 sentyabr — Sputnik. Bu gün IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində "Turizm sahəsində əməkdaşlığın inkişafı" adlı dəyirmi masa işinə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, dəyirmi masanın Azərbaycan tərəfdən moderatoru Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev, Rusiya tərəfdən Federal Turizm Agentliyinin rəhbəri Oleq Safonov olub.

Fuad Nağıyev çıxışında qeyd edib ki, son illər Rusiya və Azərbaycan arasında turizm əlaqələri inkişaf edir və bu tempi, dinamikanı qorumaq olduqca önəmlidir. Onun sözlərinə görə, təkcə bu ilin ilk yarısında Rusiyadan Azərbaycana 600 mindən çox turist səfər edib. 

Asfalt örtüyü dağılmış yol, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turizm cənnətinə aparan yol təmir ediləcəkmi?

Rusiya Federal Turizm Agentliyinin rəhbəri Oleq Safonov isə belə bir görüşün sentyabrın 27-si —Beynəlxalq Turizm günündə keçirilməsinin heç də təsadüf olmadığını bildirib: "Turizm hazırda dünya iqtisadiyyatının inkişafı üçün əsas hərəkətverici qüvvəyə çevrilib. Ümumilikdə, ötən il bütün dünyada 1.3 milyard səyahət qeydə alınıb və turizmin inkişafı 7% olub ki, bu da ümumilikdə dünya iqtisadiyyatının artım tempindən çoxdur. Bu gün turizmin inkişafı dünya iqtisadiyyatının inkişafı ilə nəticələnir".

Safonov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında turizm əlaqələrinin inkişaf tempindən razıdır: "Ötən il Azərbaycanda olan rusiyalı turistlərin sayı 2016-cı illə müqayisədə 17% artıb. Bu dinamikanı biz bu il də görürük. Rusiyada azərbaycanlı turistlərin də sayı ilbəil artır. Bizim bu sahədə böyük perspektivlərimiz var".

O vurğulayıb ki, Rusiya Xəzər dənizində kruiz turizminin inkişaf etdirilməsində maraqlıdır: "Hazırda ölkəmizdə Şimali Qafqaz regionunda turizmin inkişafına dair strategiya hazırlanır. Bu strategiyada xüsusi yer Xəzər dənizində kruiz səfərlərinin həyata keçirilməsinə ayrılır. Biz bu məsələni Azərbaycanın turizm üzrə dövlət agentliyinin rəhbəri Fuad Nağıyevlə də müzakirə etdik. Bu ideyaya Qazaxıstan və İrandan olan həmkarlar da pozitiv yanaşırlar".

"Qeyd etmək istəyirəm ki, bu, olduqca perspektivli turizm marşrutu ola bilər. Beynəlxalq kruiz şirkətləri yeni marşrutların yaranmasında maraqlıdır. Biz bu istiqamətdə işlərə başlamışıq və demək istəyirəm ki, Avropa şirkətlərində bu yeni layihəyə maraq böyükdür" — Safanov əlavə edib.

Xəbər lenti
0