CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yoxa çıxan adamı Dubayda insan alverçisi olan müəmmalı generalla nə bağlayır

© AFP 2024 / KARIM SAHIB Dubayda Bürc Xəlifə
Dubayda Bürc Xəlifə - Sputnik Azərbaycan
Abunə olmaq
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən etiraf: Onun bədbəxtliyinin və müəmmalı şəkildə yoxa çıxmasının əsas səbəbi puldur

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. Müəmmalı general və Dubayda insan alverinə himayədarlıq edən adam — o kimdir? Bir il əvvəl müəmmalı şəkildə itkin düşmüş 30 yaşlı azərbaycanlı, Bakı sakini Hacıyev Elçin Elşad oğlunun izi Dubaya (Birləşmiş Ərəb Əmirlikləri) gedib çıxır.

Bunu Sputnik Azərbaycan-a "Səni axtarıram" verilişinin aparıcısı, məşhur telejurnalist Xoşqədəm Hidayətqızı bildirib.

Heydər Əliyev hava limanında sərnişinlər, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda Dubay yolçuları saxlanılıb

Onun sözlərinə görə, Elçin Hacıyevin anası oğlunu tapmaq üçün ondan kömək istəyib. Qadın bildirib ki, 2017-ci ilin sentyabrında oğlu evdən çıxıb və bir daha qayıtmayıb. "Səni axtarıram" verilişinin əməkdaşları gənc oğlanın itkin düşməsi ilə bağlı araşdırmaya başlayıblar. Xoşqədəm Hidayətqızının dediyinə görə, onlar Elçin Hacıyevin həyatı ilə bağlı şok məlumatlar əldə ediblər.

Aparıcı bildirib ki, xaricdə aparılan axtarışların nəticələri Elçin Hacıyevin son axtarışları zamanı əldə edilənlərlə müqayisəyə gəlməzdir. Teleaparıcı bu barədə ətraflı məlumatları gələn verilişində açıqlayacağını da anons edib. Verilişdə Elçini narkotiklərlə, Dubayda insan alveri ilə nələrin bağladığına aydınlıq gətiriləcək. Eyni zamanda, hər kəs azərbaycanlı Əhməd adlı müəmmalı general və onun Hacıyevin həyatında hansı rolu oynadığı barədə hər şeyi biləcək.

X.Hidayətqızı bildirib ki, şənbə günü, oktyabrın 6-da şəxsən Birləşmiş Ərəb Əmirliklərinə uçacaq və orada Hacıyevin ölüb-ölmədiyi, yaxud səhrada dəfn edilib-edilmədiyi barədə məlumatları ya təsdiq, ya da təkzib edəcək.

Bu məsələ ilə bağlı Sputnik Azərbaycan AR Daxili İşlər Nazirliyinə müraciət edib. Məlum olub ki, hazırda AR DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırmada heç bir halda Hacıyev zərərçəkmiş, yaxud da təqsirləndirilən şəxs qismində iştirak etmir.

Sadəcə cavan oğlanın itkin düşmə faktı ilə bağlı AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları maraqlanır. Burada onun itkin düşməsi ilə bağlı iş araşdırılır. Hələlik təkcə o məlumdur ki, sözügedən şəxs mobil telefon alveri ilə məşğul olub. Hazırda onun bədbəxtliyinin və müəmmalı şəkildə yoxa çıxmasının da əsas səbəbi məhz puldur.

Bu barədə bizim növbəti məqalələrimizi izləyin. Biz sizə bu işin bəzi detallarını açıqlamağa çalışacağıq.

Xəbər lenti
0