Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda Dubay yolçuları saxlanılıb

© © AZAL mətbuat xidmətiHeydər Əliyev hava limanında sərnişinlər, arxiv şəkli
Heydər Əliyev hava limanında sərnişinlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onların üzərində 70 ədəd "iPhone X" markalı mobil telefonlar aşkar edilib

BAKI, 8 fevral — Sputnik. Dubay-Bakı aviareysi ilə gələn 2 nəfər Azərbaycan Respublikası vətəndaşı əlbir olaraq 70 ədəd "iPhone X" markalı mobil telefonları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirməyə cəhd göstərib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, həmin şəxslər telefonların qablaşdırıldığı 4 ədəd polietilen paketi gəliş zalında gizlədərək gömrük zonasından keçirməyə çalışsalar da, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində qaçaqmalçılıq predmetləri aşkar edilib. Aşkar edilən paketlərə qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçirilib və 4 ədəd polietilen paketdə ümumilikdə 70 ədəd "İphone X 64 GB", "İphone X 256 GB" markalı mobil telefonların olduğu müəyyən edilib.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin sərnişinlərlə əlbir olan daha iki nəfər araşdırma məqsədilə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0