Ankaradan Vaşinqton qarşısında sərt tələb: Onlara dəstəyi kəsin!

© AP Photo / Burhan OzbiliciHulusi Akar, Türkiyə generalı
Hulusi Akar, Türkiyə generalı - Sputnik Azərbaycan
Abunə olmaq
"Terror təşkilatına "TIR"larla silah-sursat göndərən ABŞ bununla da Türkiyə ilə olan əlaqələrin gərginləşməsinə səbəb olub"

BAKI, 4 oktyabr — Sputnik. Suriyada 8 ildir davam edən vətəndaş müharibəsinə öz mənfəətləri çərçivəsində istiqamət vermək istəyən Birləşmiş Ştatlar bölgədəki terror təşkilatlarına açıq şəkildə dəstək verib. Sputnik Azərbaycan "Haber7"-yə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar "NATO-Gürcüstan" komissiyasının iclasında bildirib.

Türk şəhidi - Sputnik Azərbaycan
Türkiyədə terror qurbanlarının sayı artır

Onun sözlərinə görə, belə terror təşkilatlarından biri də Türkiyədə qanlı terror aktları törədən PKK terror təşkilatının Suriya qolu olan YPG-dir: "Terror təşkilatına "TIR"larla silah-sursat göndərən ABŞ bununla da Türkiyə ilə olan əlaqələrin gərginləşməsinə səbəb olub".

Qeyd edək ki, 3-4 oktyabr tarixlərində Brüsseldə NATO-ya üzv 29 ölkənin müdafiə nazirlərinin görüşü keçirilir. NATO baş katibi Yens Stoltenberq jurnalistlərə bildirib ki, müdafiə nazirləri alyansın iyul ayında Brüsseldə qəbul etdiyi qərarların həyata keçirilməsinə dair yolları müzakirə edirlər.

"Görüşdə əsas müzakirə olunan məsələlərdən biri NATO ölkələri arasında maliyyə yükləməsinin bölgüsüdür" — Stoltenberq vurğulayıb.

Baş katib xatırladıb ki, ötən il Avropadan olan tərəfdaşlar və Kanada ümumilikdə müdafiəyə olan xərcləri 5,2% artırıb: "Alyans NATO üzvlərinin bu məsələdə öz öhdəliklərini yerinə yetirəcəyinə və bu məsələdə proqresə nail olacağını ümid edir".

Xəbər lenti
0