BAKI, 4 oktyabr — Sputnik. Türkiyənin Batman vilayətində törədilən partlayış nəticəsində ölən hərbçilərin sayı 7-yə çatıb. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, terror aktında yaralanan 5 hərbçidən 3-ü yerləşdirildikləri xəstəxanada dünyasını dəyişib. İki yaralı əsgərin isə müalicəsi davam edir.
Qeyd edək ki, PKK terrorçuları zirehli hərbi avtomobilin keçidi zamanı əvvəlcədən yola bərkidilmiş əldəqayırma bombanı partladıblar. Bölgəyə təhlükəsizlik qüvvələri və təcili yardımlar cəlb edilib.
Qaçan terrorçuların zərərsizləşdirilməsi məqsədilə bölgədə hava dəstəkli geniş miqyaslı əməliyyatlar davam etdirilir.