Rusiyanın Suriyadakı hərbi itkiləri açıqlandı

© Sputnik / Pavel Gerasimov / Mediabanka keçidRus əsgərlərinin Suriyaya yola salınması, arxiv şəkli
Rus əsgərlərinin Suriyaya yola salınması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Senator itkilər barədə danışarkən Əfqanıstan müharibəsini xatırlayıb

BAKI, 30 sentyabr — Sputnik. Suriyada hərbi əməliyyatlar davam etdiyi 3 il ərzində 112 rusiyalı hərbçi ölüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri Viktor Bondarev bildirib.

"Hazırda Silahlı Qüvvələrimizin Suriyada itkiləri 112 nəfər təşkil edir. Onun da təxminən yarısı qəzaya uğramış An-26 və vurulmuş İl-20-nin payına düşür. Texnika cəhətdən 8 təyyarə, 7 vertolyot və ola bilsin ki, 1-2 "BTR" və zirehli avtomobil itirilib" — deyə Bondarev dəqiqləşdirib.

Hələbin şərq hissəsində dalğalanan Suriya bayrağı, 11 dekabr 2016-cı il - Sputnik Azərbaycan
Suriyada rusiyalı hərbçilər öldürülüb

Senator itkilər barədə danışarkən Əfqanıstan müharibəsini xatırlayıb. O, bildirib ki, o zaman 3 il ərzində 4,8 min sovet əsgəri öldürülüb. "İtkilərimizi "inkişaf etmiş" Qərblə müqayisə edək. İraqda müharibənin 3 ili ərzində (2003-2006) koalisiya 2515 əsgər itirib ki, bunun da 2309 nəfəri ABŞ-ın payına düşür. Bundan başqa, 10-20 "Abrams" tankı, onlarla "BTR", ən azı 50 "BMP", 15 təyyarə və 80 vertolyot itirilib".

AN-26 təyyarəsi bu il martın 6-da Suriyanın Xmeymim aviabazasında qəzaya uğrayıb. Təyyarədə 39 nəfər olub.

İl-20 təyyarəsi isə sentyabrın 18-də vurulub. Qəza zamanı 15 hərbçi ölüb.

Xəbər lenti
0