Suriyada rusiyalı hərbçilər öldürülüb

© Photo : SANA/Handout via REUTERSHələbin şərq hissəsində dalğalanan Suriya bayrağı, 11 dekabr 2016-cı il
Hələbin şərq hissəsində dalğalanan Suriya bayrağı, 11 dekabr 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
İddiaya görə, hökumət qüvvələri 46 döyüşçünü və 6 avtomobili məhv ediblər

BAKI, 27 may — Sputnik. Suriyada terrorçuların atəşi nəticəsində Rusiyanın 4 hərbçisi öldürülüb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, Suriya ordusuna kömək edən iki rusiyalı hərbi müşavir yerindəcə ölüb: "Daha 5 hərbçi yaralanıb və operativ şəkildə Rusiya hərbi hospitalına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb".

Müdafiə Nazirliyindən bildiriblər ki, Suriya ordusuna qarşı döyüşən bir neçə mobil qrup günün qaranlıq vaxtında Deyr-əz-Zor əyalətində hökumət qüvvələrinə hücum ediblər. Suriya qoşunları və rusiyalı hərbçilər döyüşə giriblər. İddiaya görə, hökumət qüvvələri 46 döyüşçünü və 6 avtomobili məhv ediblər.

Xəbər lenti
0