Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" - "Arsenal" oyununda stadionda ən çox ikinci dəstəklənəcək"

© Sputnik / Murad Orujov"Qarabağ"ın oyunçuları, arxiv şəkli
Qarabağın oyunçuları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sərxan Musalı: ""Qarabağ" evdə "Arsenal"la heç-heçə etsə belə, bunu sensasyon nəticə saymamalıyıq"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ" komandası İngiltərənin "Arsenal" klubu ilə qarşılaşacaq. Oyun Bakı Olimpiya Stadionunda baş tutacaq.

Qarabağ - Şerif oyunu, 30 avqust 2018-ci il - Sputnik Azərbaycan
İDMAN
"Qarabağ"dan möhtəşəm oyun və parlaq qələbə

Maraqlıdır, 4 oktyabrda keçiriləcək oyunda komandamızın uğur qazanma şansı nə qədərdir? Sputnik Azərbaycan-ın əməkdaşı elə bu sualla da futbol yazarlarına müraciət edib.

"Futbol +" qəzetinin əməkdaşı Sərxan Musalı bildirib ki, iki ölkənin futbolu müqayisəyəgəlməzdir: "Elə klubların səviyyəsi də. Ancaq futbolda gözlənilməz nəticələr çox olur. Hətta deyərdim ki, "Qarabağ" öz evində "Arsenal"la heç-heçə etsə belə, bunu sensasion nəticə saymamalıyıq. "Qarabağ" komandası neçə ildir qrup mərhələsində çıxış edir və nəhəng klublarla oyun təcrübəsi zəngindir".

"Atletiko"ya səfərdə uduzmayan komanda Bakıda "Arsenal"dan xal ala bilməz? Hər iki komandanın itkiləri var. İngiltərə təmsilçisində əsas problem müdafiədədir. "Qarabağ" isə Dani Kintananın yoxluğundan əziyyət çəkir. Bununla belə, mən ümidli proqnoz verərdim. Düşünürəm ki, hesab 1:1 olacaq" – deyə S.Musalı əlavə edib.

İdman yazarı Elçin Cəlilov isə məsələyə fərqli münasibət bildirib: "Qarabağ" bununla beşinci ildir ki, Avropa turnirlərinin qrup mərhələsinədək yüksəlir. Bu da böyük təcrübə deməkdir. Həm klub bu prosesdə xeyli yenilikdən xəbərdar oldu, həm baş məşqçi püxtələşdi, həm də heyətdəkilər təcrübələrini artırmış oldular. "Arsenal" Avropanın böyük klublarından sayılır. "Qarabağ"ın belə klublarla oynamaq təcrübəsi var. "Borussiya", "Roma", "Ateltiko", "Çelsi", "Tottenhem" və digər komandaları misal göstərə bilərəm".

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi. Qarabağ-BATE (Belarus) oyunu. Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. 7 avqust 2018-ci il - Sputnik Azərbaycan
FOTO
"Qarabağ" uğursuz görüş keçirdi

E.Cəlilov hesab edir ki, heyətdəki çatışmazlıqlara baxmayaraq, "atlılar" "topçular"ın qarşısında aciz qalmayacaq: "Əlbəttə ki, sürpriz hesab gözləyənlərimiz çox azdır. Lakin müsbət tərəfi budur ki, bu göstərici var, inam bəslənir. "Qarabağ"ın bu çıxışlardan həm maddi, həm təcrübə baxımdan qazancı çox böyükdür. Azarkeşlərin "Arsenal" üçün toplaşması qəribə görünməməlidir. Böyük komandalarla oynamaq elə bu tip detallar üçün lazımdır".

O qeyd edib ki, artıq 30 minə yaxın bilet satılıb: "Güman edirəm ki, 68 min yer tutumu olan Bakı Olimpiya Stadionunun 80-90 faizi dolacaq. Azarkeşlərin əksəriyyəti də "Arsenal"ı dəstəkləyəcək. Bu şeylər normaldır, qəribsəməyə dəyməz".

Xəbər lenti
0