Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi prosesi gedir"

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi: "Çox yaxşı haldır ki, bir müddət öncə dövlət başçısı tərəfindən Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb"

BAKI, 25 sentyabr — Sputnik. "Son 25 ildə Azərbaycan çox böyük inkişaf yolu keçib. Əsas xəttimiz xalqın həyat səviyyəsini yaxşılaşdırmaq olub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu gün "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində Milli Məclisin rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
SİYASƏT
Milli Məclisdə beynəlxalq konfrans keçirilir

O bildirib ki, qloballaşan dünyada risklər artır və belə şəraitdə ölkələr qarşısında müəyyən hədəflər durur: "Qloballaşan dünyada ikili oyunlar gedir. Superdövlətlər Ümumdünya Ticarət Təşkilatının prinsiplərini pozur. Dünyanın superdövlətlərinin əksəriyyəti milli maraqlara üstünlük verir".

Komitə sədri deyib ki, son 25 ildə Azərbaycanda kifayət qədər formalaşan institutlar yaranıb: "Artıq məhsuldarlığın artırılması, keyfiyyətin yüksəldilməsi və s. ilə bağlı konkret məsləhət, tövsiyələr verilməlidir".

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai çıxışında qeyd edib ki, Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi prosesi gedir: "Çox yaxşı haldır ki, bir müddət öncə dövlət başçısı tərəfindən Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın yaradılması DİM-lərin hədəflərinə çatmasında çox böyük töhfə ola bilər. bu məsələdə parlamentin üzərinə böyük işlər düşür".

Onun sözlərinə görə, dünyada DİM-lərlə bağlı hələ də ciddi problemlər var: "Yoxsulluqdan, aclıqdan əziyyət çəkən insanlar var. DİM-lərlə bağlı hədəflərə çatmaqda hər bir dövlət öz məsuliyyətini anlamalıdır və çox yaxşı haldır ki, Azərbaycanda bu istiqamətdə böyük uğurlar qazanılıb".

Qeyd edək ki, bu gün parlamentdə "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində Milli Məclisin rolu" mövzusunda beynəlxalq konfrans keçirilib. Beynəlxalq konfrans Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə baş tutub. FAO "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində potensialların artırılmasına dəstək" layihəsini həyata keçirir. Bugünkü konfrans layihənin əsas fəaliyyətlərindən biridir.

Xəbər lenti
0