SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisdə beynəlxalq konfrans keçirilir

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Milli Məclisinin binası
Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Azərbaycan yoxsulluğun 5 faizdən aşağı enməsinə nail olan 29 ölkə sırasında yer alır"

BAKI, 25 sentyabr — Sputnik. Bu gün parlamentdə "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində Milli Məclisin rolu" mövzusunda beynəlxalq konfrans keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, beynəlxalq konfrans Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə baş tutub.

Прослушивание - Sputnik Azərbaycan
RUSİYA
Əvvəl Azərbaycan parlamentində olmuş şəxs Avropada casusluq ittihamı ilə saxlanılıb

FAO "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində potensialların artırılmasına dəstək" layihəsini həyata keçirir. Bugünkü konfrans layihənin əsas fəaliyyətlərindən biridir. Azərbaycan hökuməti 1 yanvar 2016-cı ildə qüvvəyə minən DİM-in həyata keçirilməsi üzrə öhdəlik götürüb. DİM-lər 2030-cu ilədək əldə ediləcək dayanıqlı inkişafa dair çoxsaylı hədəfləri əhatə edir. Milli hökumətlər DİM-ləri yalnız özləri həyata keçirə bilməzlər, milli və yerli səviyyədə və bütün maraqlı şəxslər tərəfindən birgə səylər tələb olunur.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, Azərbaycan yoxsulluğun 5 faizdən aşağı enməsinə nail olan 29 ölkə sırasında yer alır: "Qloballaşmanın intensivləşməsi dünyada yeni çağırışlar doğurur, yeni çağırışlara cavab vermək isə dövlətlər və hökumətlər qarşısında vacib tələblərdən biri kimi dayanır. Ötən dövrdə bu istiqamətdə, o cümlədən Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Dövlət Proqramı və digər müvafiq proqramlar qəbul edilib".

E.İbrahimov deyib ki, Azərbaycanın həyata keçirdiyi bu işlər FAO və digər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova diqqətə çatdırıb ki, bu sahədə geniş maarifləndirmə tədbirləri aparılır: "Bu platformanın icrası üçün vacib amillərdən biri təcrübə mübadiləsinin aparılmasıdır".

Xəbər lenti
0