Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sabah neftin qiymətləri aşağı düşə bilər

© REUTERS / Lucy NicholsonNeft nasosu, arxiv şəkli
Neft nasosu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sentyabrın 23-də Əlcəzairdə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası keçiriləcək

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Sentyabrın 23-də Əlcəzairdə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası keçiriləcək. İclasda cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı qəbul edilmiş qərarına uyğun olaraq kvotaların müəyyənləşdirilməsi məsələsinə baxılacaq.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, iclasda kvotalarla bağlı dəyişikliklər gözlənilir: "Çünki iyun ayında OPEC iclasında neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı qərar qəbul edilib. İclasda kvotalar müəyyənləşməlidir. Ancaq düşünürəm ki, bunun təsdiqini tapması və qüvvəyə minməsi OPEC-in noyabr və yaxud dekabr toplantısında olacaq. Bu da 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək".

ABŞ prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Trampdan OPEC üzvlərinə neft tələbi: "Dərhal əməl edin"

Onun sözlərinə görə, İranın kvotası digər OPEC üzvləri arasında bölüşdürülür: "İran hiss edir ki, ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalar yavaş-yavaş özünü göstərir. İran artıq ölkələrin onun neftini almaqdan imtina etdiyini görür. Açıq bazardır, əgər neftini almırlarsa, İran nə edə bilər? Artıq İranın neft ixracı 2 milyon barelə düşüb, lakin ilin əvvəlində 2,85 milyon barel idi. Bu faktdır. Bazarda gərginliyi hiss edəcəyik".

Şabanın dediyinə görə, ikinci məsələ Venesuelanın hasilatının öz kvotasından kifayət qədər aşağı olmasıdır. Lakin ekspert bunun necə tənzimlənəcəyini bilmədiyini deyib.

Ekspertin fikrincə, OPEC-in iclasında qərar açıqlanandan sonra dünyada neftin qiymətlərində dəyişiklik gözlənilir:

"Ola bilər, iclasdan sonra neftin qiymətləri aşağı düşsün".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov isə Sputnik Azərbaycan-a deyib ki, burada çox böyük siyasi faktorlar var: "İranla bağlı problemlər mövcuddur. Rusiya 2021-ci il üçün neftin qiymətini 55 dollardan hesablayıb. 2021-ci ildə qiymətlərin aşağı düşməsi ola bilər. Amma əgər razılaşmalar davam etsə, neftin qiyməti hazırki səviyyədə qala bilər. Neftin qiymətlərinə siyasi proseslər təsir göstərir və ona görə də qiymətləri proqnozlaşdırmaq çətindir".

Neft nasosu - Sputnik Azərbaycan
Neftin qiyməti 150 dollardan baha olacaq

Qeyd edək ki, İranın neft naziri Bijan Nəmdər Zanqane OPEC tərəfindən bu ölkənin mənafeyinə zidd olan hər cür qərara veto qoyacaqlarını bildirib. İranlı nazir neft hasilatının azaldılmasına dair 2016-cı ildə imzalanmış sazişin kağız üzərində qaldığını dilə gətirib. O deyib ki, Monitorinq Komitəsi yeni tədarük qaydasını tətbiq etmək hüququna malik deyil.

"OPEC komitəsi tərəfindən yeni istehsalat sazişi bağlamaq üçün hər hansı qərar qanunsuz olacaq. Belə qərarlar yalnız bütün OPEC üzvlərinin yekdil rəyi ilə verilə bilər" — deyə Zanqane bildirib.

Sentyabrın 23-də Əlcəzayirdə keçiriləcək OPEC+ komitəsinin iclasında B.Zangane iştirak etməyəcək.

Xatırladaq ki, Əlcəzairdə keçiriləcək OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək. İclasda neft bazarının inkişaf tendensiyalarına dair məlumatlar, 2018-ci ilin avqust ayı ərzində neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in hesabatı nəzərdən keçiriləcək.

Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Əlcəzair və Omanın iştirakı ilə yaradılmış Monitorinq Komitəsinin iclası iki aydan bir keçirilir.

Xəbər lenti
0