BAKI, 5 iyul — Sputnik. "Neft İxrac edən Ölkələr Birliyi (OPEC) neftin qiymətini sabit saxlamaq üçün çox az şey edir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
"OPEC monopoliyası anlamalıdır ki, neftin qiymətləri qalxır, onlar isə bunun qarşısını almaq üçün çox az iş görürlər. Əgər edirlərsə belə, qiymətlər yalnız qalxır" — deyə Tramp vurğulayıb.
— Donald J. Trump (@realDonaldTrump) July 4, 2018
ABŞ prezidenti xatırladıb ki, onun ölkəsi "qəpik-quruş" hesabına bir çox təşkilatlara üzv olan ölkələri qoruyur: "Bunun qarşılığı olmalıdır. Dərhal qiymətləri aşağı salın!".
Qeyd edək ki, ötən gün Azərbaycan nefti 1 dollardan çox bahalaşıb. Hazırda "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,18 dollar və ya 1,5% artaraq 79,62 dollar təşkil edib.