Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Neftçi" ilə "Zirə"nin oyununda kuryoz olay: Baş məşqçilər qovuldu

© Photo : neftchipfk.comNeftçi futbol klubunun azərkeşləri. Arxiv şəkli
Neftçi futbol klubunun azərkeşləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hər iki komandanın baş məşqçiləri Roberto Bordin və Samir Abasov bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərinə görə meydandan qovulublar.

BAKI, 22 sentyabr —Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda növbəti qarşılaşma baş tutub. İkinci matçda "Zirə" və "Neftçi" komandaları üz-üzə gəlib.

"Dalğa Arena"da baş tutan görüş "Neftçi"nin qələbəsi ilə başa çatıb. Hesab 2:1 olub.

Oyunun ilk qolunu Mirabdulla Abbasov 6-cı dəqiqədə vurub. Meydan sahiblərinin heyətində isə Dilan Dvunetru 33-cü dəqiqədə hesabı bərabərləşdirib.

Matçın 52-ci dəqiqəsində Qoran Paratski komandasına qələbə qazandıran qola imza atıb.

Birinci hissənin sonlarında hər iki komandanın baş məşqçiləri Roberto Bordin və Samir Abasov bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərinə görə meydandan qovulublar.

Report-un məlumatına görə, bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Netçi" liderliyini davam etdirib. "Zirə" isə bir xalda qalıb.

V turun ilk matçı "Səbail" və "Sabah" komandalarının qolsuz heç-heçəsi ilə başa çatıb. Tura sabah keçiriləcək "Keşlə" — "Sumqayıt" və "Qarabağ" — "Qəbələ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, V tur

20:30. "Zirə" — "Neftçi" — 1:2

Qol: Dilan Dvunetru, 33 — Mirabdulla Abbasov, 6. Qoran Paratski, 52

Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Akif Əmirəli, Ömər Paşayev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Şaiq Həmidov

"Dalğa Arena"

Xəbər lenti
0