Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya çempionatında iki qələbə, bir məğlubiyyət

© Photo : REPORT / Firi SalimCüdo üzrə dünya çempionatının birinci günü. Bakı, Milli Gimnastika Arenası, 20 sentyabr 2018-ci il
Cüdo üzrə dünya çempionatının birinci günü. Bakı, Milli Gimnastika Arenası, 20 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
73 kq çəkidəki cüdoçu Rüstəm Orucov da ilk görüşdə misirli Məhəmməd Mohyeldinə qalib gəlib

BAKI, 22 sentyabr — Sputnik. Bakıda keçirilən Cüdo üzrə dünya çempionatı davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan Azərbaycan idmançısı İçinxorlu Munxtsedev qüvvəsini sınayıb. O, 1/32 finalda almaniyalı Amelie Stoll qarşılaşıb. Döyüşün ilk dəqiqələrində Stoll idmançınıza ippon fəndi ilə qalib gəlib. Beləliklə, daha bir idmançımız dünya çempionatını medalsız başa vurub.

Azərbaycan cüdoçusu Hidayət Heydərov isə Cüdo üzrə dünya çempionatına qələbə ilə başlayıb. 

73 kq çəki dərəcəsində yer alan idmançı ilk görüşündə iraqlı Sajjad Seheni udub. O, rəqibinə ipponla qalib gəlib. Onun 1/16 final mərhələsindəki rəqibi monteneqrolu Sedrik Bessi olacaq. 

73 kq çəkidəki digər cüdoçu Rüstəm Orucov da ilk görüşdə misirli Məhəmməd Mohyeldinə qalib gəlib. 27 yaşlı idmançı 1/16 finalda BƏƏ-dən olan Viktor Skvortsovla qarşılaşacaq. 

Xəbər lenti
0