Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan prezidenti mühüm qonağı qəbul edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev və Cüdo Federasiyasının prezidenti Marius Vizer
Azərbaycan  Prezidenti İlham Əliyev və Cüdo Federasiyasının prezidenti Marius Vizer - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı Mehriban Əliyevaya təqdim olunub

BAKI, 21 sentyabr — Sputnik. Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri sentyabrın 21-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ilə görüşüblər.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə cüdo üzrə dünya çempionatının Bakıda yüksək səviyyədə keçirildiyi qeyd olunub. Azərbaycanın mötəbər idman tədbirlərinin mütəmadi olaraq keçirildiyi bir məkana çevrildiyi bildirilib.

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ilə görüşdə
Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ilə görüşdə - Sputnik Azərbaycan
Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ilə görüşdə

Söhbət zamanı Azərbaycanın beynəlxalq idman əməkdaşlığına töhfə verdiyi, ölkəmizdə idmana dövlət səviyyəsində qayğı göstərildiyi bildirilib, Azərbaycan idmançılarının böyük uğurlar əldə etdikləri qeyd olunub.

Beynəlxalq Cüdo Federasiyası ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilən görüşdə Azərbaycanın bu qurumun fəal üzvlərindən biri olduğu vurğulanıb, gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə edilib.

Sonra Mehriban Əliyevaya idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olunub.

Xəbər lenti
0