BAKI, 21 sentyabr — Sputnik. Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin oyunları baş tutub.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" səfərdə Portuqaliya "Sportinq"i ilə qarşılaşıb və 2 cavabsız qolla uduzub. Komandamızın çıxış etdiyi E qrupunun digər oyununda "Arsenal" "Vorskla" ilə üz-üzə gəlib. Londonlular Ukrayna təmsilçisinin qapısından 4 qol keçirərək qalib gəlib.
Qardaş Türkiyənin Avropa Liqasındakı təmsilçilərindən "Beşiktaş" evdə Norveç "Sarpsporq"u ilə qarşılaşıb və qələbə qazanıb. "Fənərbağça" səfərdə Zaqreb "Dinamo"suna böyük hesabla uduzub. Türkiyənin daha bir təmsilçisi — "Akhisarspor" da "Krasnodar"la ev oyununda minimal hesabla uduzub.
Avropa Liqası
20 sentyabr
A qrupu
AEK (Larnaka, Kipr) — Sürix (İsveçrə) 0:1
Ludoqorets (Bolqarıstan) — Bayer (Almaniya) 2:3
B qrupu
Seltik (Şotlandiya) — Rusenborq (Norveç) 1:0
Leyptsiq (Almaniya) — Zalsburq (Avstriya) 2:3
C qrupu
Kopenhagen (Danimarka) — Zenit (Rusiya) 1:1
Slaviya (Praqa, Çexiya) — Bordo (Fransa) 1:0
D qrupu
Dinamo (Zaqreb, Xorvatiya) — Fənərbağça (Türkiyə) 4:1
Spartak (Trnava, Slovakiya) — Anderlext (Belçika) 1:0
E qrupu
Arsenal (İngiltərə) — Vorskla (Poltava, Ukrayna) 4:2
Sportinq (Lissabon, Portuqaliya) — Qarabağ (Azərbaycan) 2:0
F qrupu
Düdelanj (Lüksemburq) — Milan (İtaliya) 0:1
Olimpiakos (Yunanıstan) — Betis (İspaniya) 0:0
G qrupu
Rapid (Vyana, Avstriya) — Spartak (Moskva, Rusiya) 2:0
Vilyarreal (İspaniya) — Reyncers (Şotlandiya) 2:2
H qrupu
Latsio (İtaliya) — Apollon (Kipr) 2:1
Olimpik (Marsel, Fransa) — Ayntraxt (Frankfurt, Almaniya) 1:2
I qrupu
Beşiktaş (Türkiyə) — Sarpsporq (Norveç) 3:1
Genk (Belçika) — Malmö (İsveç) 2:0
J qrupu
Akhisarspor (Türkiyə) — Krasnodar (Rusiya) 0:1
Sevilya (İspaniya) — Standard (Lyej, Belçika) 5:1
K qrupu
Dinamo (Kiyev, Ukrayna) — Astana (Qazaxıstan) 2:2
Renn (Fransa) — Yablonets (Çexiya) 2:1
L qrupu
PAOK (Yunanıstan) — Çelsi (İngiltərə) 0:1
Videoton (Macarıstan) — BATE (Belarus) 0:2