Cocuq Mərcanlı sakinlərinə xüsusi yardım ediləcək

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində
Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində - Sputnik Azərbaycan
Abunə olmaq
Ailələrə məişət texnikaları və məktəbli ləvazimatları hədiyyə olunacaq

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ərəfəsində 2018-ci ilin 21-22 sentyabr tarixlərində Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və "SEBA" Koreya Şərq Təbabəti Klinikasının təşkilatçılığı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində illər sonra öz torpaqlarında məskunlaşmış sakinləri dəstəkləmək üçün tədbirlər həyata keçiriləcək.

Koreya səfirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, tədbir çərçivəsində Koreya haqqında yazılmış inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması, məktəbin bütün şagirdlərinin məktəb ləvazimatları ilə təmin edilməsi və "LG Electronics" və "Samsung Engineering"-in sponsorluğu ilə Cocuq Mərcanlı ailəsinin ziyarət olunub məişət texnikaları hədiyyə olunması nəzərdə tutulur. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev Cocuq Mərcanlı ilə bağlı sərəncam imzaladı

Eyni zamanda Cocuq Mərcanlının 200 nəfərdən çox sakininə "SEBA" Koreya Şərq Təbabəti Klinikasının Şərq və Qərb üsulları ilə müayinə və müalicə aparan 6 Azərbaycan-Koreya mütəxəssis həkiminin, 4 tibb personalının və 10 nəfər köməkçi heyətin iştirakı ilə tibbi xidmət göstəriləcək.

Qeyd edək ki, bu tədbir "SEBA" Koreya Şərq Təbabəti Klinikasının sayca 5-ci layihəsidir. Onlardan 3-ü Koreya Səfirliyi ilə birgə həyata keçirilib.

Bu dəfəki tədbir çərçivəsində, həmçinin "SEBA" Koreya Şərq Təbabəti Klinikası tərəfindən məktəbin bütün şagirdlərinə hər bir şagirdin yaş kateqoriyasına uyğun olaraq "TEAS PRESS" Nəşriyyat evinin kitablarının hədiyyə edilməsi də nəzərdə tutulur.

Koreya Respublikasının Azərbaycandakı səfirliyi 2014-cü ildən başlayaraq Dağlıq Qarabağ müharibəsi zamanı yurdlarından didərgin düşmüş məcburi köçkünlərə dəstək tədbirləri təşkil etməkdədir. Bu cür tədbirlərin ölkələr arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid edilir.

Xəbər lenti
0