Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Alman cüdoçu: “Yenidən dünya çempionu olmağa çalışacağam”

© AFP 2024 / ATTILA KISBENEDEKAlmaniya millisinin cüdoçusu Aleksandr Viçerzak
Almaniya millisinin cüdoçusu Aleksandr Viçerzak - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan yığmasının cüdoçularını çox güclü rəqib adlandıran Viçerzak komandanın heyətində dünya səviyyəli idmançıların yer aldığını vurğulayıb

BAKI, 18 sentyabr — Sputnik. “Dünya çempionatının startını səbirsizliklə gözləyirəm. Yarışa çox yaxşı hazırlaşmışam. Bütün gücümü sərf etmişəm və müsbət nəticəyə ümid edirəm”.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Almaniya millisinin cüdoçusu Aleksandr Viçerzak Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşərkən deyib. Ötən il Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında 81 kq çəki dərəcəsində qızıl medal qazanmış 27 yaşlı idmançı eyni uğuru təkrarlamağa çalışacağını söyləyib.

Azərbaycan yığmasının cüdoçularını çox güclü rəqib adlandıran Viçerzak komandanın heyətində dünya səviyyəli idmançıların yer aldığını vurğulayıb. Baxmayaraq ki, onun çəkisində azərbaycanlı cüdoçu yer almayacaq.

Qeyd edək ki, Aleksandr Viçerzak “Bakı 2015” I Avropa Oyunlarının bürünc medalçısıdır.

Xəbər lenti
0