Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı hakim İtaliya klublarının yarışlarını idarə edəcək

© AP Photo / Ivan SekretarevAzərbaycanlı hakim Əliyar Ağayev futbol matçını idarə edərkən, arxiv şəkli
Azərbaycanlı hakim Əliyar Ağayev futbol matçını idarə edərkən, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Oyun 20 sentyabrda Roma Olimpiya Stadionunda keçiriləcək.

BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanlı hakim daha bir beynəlxalq oyunu idarə edəcək.

Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İtaliyanın  “Latsio” (Roma, İtaliya) – “Apollon” (Limassol, Kipr) oyunlarını Azərbaycanlı hakim Əliyar Ağayev idarə edəcək. Oyun zamanı ona Zeynal Zeynalov, Rza Məmmədov kömək edəcək.

Mübariz Haşımov isə dördüncü hakim kimi oyunu idarə edəcək.

Qeyd edək ki, oyun 20 sentyabrda Roma Olimpiya Stadionunda keçiriləcək.

Xəbər lenti
0