Putin və Ərdoğan görüşəcək

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidPutin və Ərdoğanın görüşü, 11 dekabr 2017-ci il
Putin və Ərdoğanın görüşü, 11 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Çavuşoğlu iki ölkə rəhbərinin Suriya mövzusundan danışacağını qeyd edib

BAKI, 15 sentyabr — Sputnik. Türkiyə lideri Rəcəb Tayib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi görüşəcəklər. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Çavuşoğlu iki ölkə rəhbərinin Suriya mövzusundan danışacağını qeyd edib.

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan
Ərdoğan və Putin arasında telefon danışığı olub

"İdlibə hücumları dayandırmaq üçün çox səy göstərdik. Fərqli ölkələrin XİN ilə də əlaqədəyik. Terror təşkilatı ilə mübarizə adı altında sadə vətəndaşların öldürürlməsi insani addım deyil. Bura sülh və əmin-əmanlıq gətirməliyik. Əlaqələrimizi davam etdirəcəyik. Önümüzdəki günlərdə İran və Rusiya ilə görüşlərimizi davam etdirəcəyik. Bazar ertəsi günü prezidentimiz Putin ilə görüşəcək. Birləşmiş Millətlər Təşkilatında da səylərimizi davam etdirəcəyik" deyə o bildirib.

Xatırladaq ki, Türkiyə, Rusiya və İran keçən həftə Tehranda bir araya gələrək İdlibdəki hadisələri dəyərləndimişdilər.

Onu da qeyd edək ki, Rəcəb Tayib Ərdoğan önümüzdəki həftə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qatılmaq üçün Nyu-Yorka gedəcək.

Xəbər lenti
0