BAKI, 10 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Sputnik Azərbaycan Rusiya prezidentinin saytına istinadən məlumat verir.
İki ölkə arasındakı qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub. İlk növbədə energetika sahəsində birgə strateji layihələrin həyata keçirilməsi müsbət qiymətləndirilib.
Dövlət başçıları müxtəlif səviyyələrdə əlaqələrin qrafikini nəzərdən keçiriblər.