CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çox ciddi gözlənti var: Yenə olmayacaq şey olacaq

© Sputnik / Anar MustafayevКвитанции за коммунальные услуги и азербайджанские манаты различного номинала, фото из архива
Квитанции за коммунальные услуги и азербайджанские манаты различного номинала, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bari bir ipucu, bir işarə, bir mesaj verəydilər...

BAKI, 10 sentyabr — Sputnik. Nə dərəcədə həqiqətə söykəndiyini bilməsəm də, oxuduğum maraqlı bir tarixçədə deyilir ki, repressiya dövründə Mircəfər Bağırov ədəbiyyat xadimlərindən biri haqda rəy almaq üçün Məmməd Səid Ordubadi ilə Səməd Vurğunu qəbula çağırır və həmin şəxslə necə davranmaq lazım olduğu barədə fikirlərini soruşur. Cavab haqqı, təbii ki, həmin dövrdə 60 yaşın üzərində olan M.S.Ordubadiyə verilir (S.Vurğun o zaman 30 yaşlarında idi).

Водяной кран, фото из архива - Sputnik Azərbaycan
Mənzillərə verilən suyun qiyməti artırılırmı - "Azərsu"dan cavab

Ağsaqqal yazıçı heç tərəddüd etmədən belə cavab verir: "Sosializm düşmənidir. Dərhal güllələnməsini məsləhət görürəm". Bağırov əlavə izahat gözləmədən təşəkkür edir və hər iki ədibi yola salır.

Geri dönüşdə gözləri təəccübdən bərəlmiş gənc Səmədlə, üzündəki ifadədən əməlindən heç də peşman olmadığı müşahidə edilən yaşlı Məmməd Səid arasında belə bir dialoq yaşanır:

— Ustad, Siz niyə belə etdiniz? Niyə onun öldürülməsini məsləhət gördünüz? Axı, yaxşı insan olduğunu hamıdan gözəl bilirsiniz…

— Bilirəm… Amma sənin bilmədiyin bir nəsnəni də bilirəm. Bağırovun qəribə xasiyyəti var. Birinin haqqında qərar verməzdən əvvəl onun ətrafındakıların fikrini öyrənər və hökmən onların dediklərinin əksinə qərar verər. Mən bizim yazıçı yoldaşın yaxşı adam olduğunu desəydim və barəsində humanist qərar çıxarılmasını xahiş etsəydim, Bağırov onu güllələdəcəkdi. İndi isə onu xilas etdim!

Yazılanlara inansaq, həqiqətən də həmin vaxtdan sonra sözügedən ədəbiyyat xadiminə dəyib-toxunan olmur. Yəni onun adı repressiya aparatının "qara siyahı"sından çıxarılır.

Fikrimi hara gətirməyə çalışıram. Deməli, neçə gündür içimə qurd düşüb. Xeyli dərəcədə əminliyim var ki, bu yaxınlarda (müddətdə bir qədər səhv edə bilərəm) mənzillərə verilən içməli suyun qiyməti qalxacaq. Çünki "Azərsu" ASC bu ehtimalın əksini deyir və qiymət artımına dair Tarif Şurasına müraciət edilməsi məsələsinin gündəmdə olmadığını bəyan edir.

Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Suya tökülən yarım milyardın cəzası kimə kəsiləcək - "Azərsu" narazıdır, əhali narahat

Və "Azərsu" sözçüsü Anar Cəbrayıllının bu cavabı ASC-nin son illik hesabatındakı giley-güzar, ağlaşma-şüvən dolu notlarından, "dolana bilmirik, borc içində boğuluruq" fəryadından, "camaata suyu maya dəyərindən 2 dəfə ucuz satırıq" minnətindən cəmi bir gün sonra peyda oldu.

(Qeyd: 2017-ci ili yarım milyard manatdan çox (508 milyon 350 min manat) zərər ilə başa vurmuş "Azərsu" ASC pul vəsaitlərinin hərəkətində və dövriyyə vəsaitlərində çatışmazlığın davam etdiyini açıqlayıb. ASC-nin hesabatında yer alan məlumata görə, zərərin və vəsait çatışmazlığının səbəbi su və kanalizasiya xidmətlərinin maya dəyərinin satış qiymətindən 2 dəfə yüksək olmasıdır. Belə ki, 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.41 AZN olsa da, orta satış qiyməti isə 0.74 AZN olub.)

© ©KarikaturaSuyun qiyməti artacaq
Suyun qiyməti artacaq - Sputnik Azərbaycan
Suyun qiyməti artacaq

Yeməzlər, arkadaş. Yeyib doymuşuq artıq. İki dəfə Elman Rüstəmov yedizdirib (hər ikisində əksini dediyi günün bir neçə gün sonrasında dollar bahalaşıb). Ondan əvvəl və sonra 3 dəfə "Metropoliten"in "süfrəsinə" qonaq olmuşuq (o zamanlar da metroda gediş haqqının artırılmasına dair Tarif Şurasına müraciət gündəmdə deyildi, amma qısa müddət sonra 5-dən 15-ə, oradan 20-yə, onun da belindən 30-a tullandı gedişhaqqı).

Hələ bunun qeyri-metro ictimai nəqliyyatı var, işığı var, qazı var, ərzaq və qeyri-ərzaq məhsulları var… Ehey, haradan hara gəlmişik. İllərlə "qalxmayacaq"dan sonra qalxanları nuş edə-edə bu günlərə çatmışıq e, biz. Belə təcrübəli, görüb-götürmüş, ölmədən öncə başı dəfələrlə əhlət daşına dəymiş bir cəmiyyətik biz. Olmayacaqların olduğunun qayim-qədim şahidiyik.

İndi durub bizi 44 yaşlı cavan bir oğlanmı aldadacaq? Baxmayaraq ki, o da kifayət qədər təcrübəli, "Azərsu" kimi suyu göz yaşına çevirməyi bacaran bir qurumun kluarlarında "bişmiş", babat məmurların yanında yetişmiş bir şəxsdir, amma yenə də yeməzlər. Biz artıq Elman müəllimə (!!!) inanmayacaq qədər yetkin, məmurların açıqlamalarının arxasındakı gerçək mənanı ayırd edəcək qədər kamil bir toplumuq.

İçimə qurd düşüb. Yenə olmayacaq şey olacaq. Və hökmən olacaq. Bari nə qədər qalxacağının işarəsini verəydilər…

Xəbər lenti
0