Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ronaldu müsəlmanları niyə sevir?

© REUTERS / Susana VeraKriştianu Ronaldu
Kriştianu Ronaldu - Sputnik Azərbaycan
Abunə olmaq
Portuqaliyalı ulduz Pakistana maddi yardım göstərib

BAKI, 10 sentyabr — Sputnik. İtaliyanın "Yuventus" klubunda forma geyinən məşhur futbolçu Kriştianu Ronaldu atdığı addım ilə hər kəsi yenidən heyrətləndirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə fələstinlilərə maddi yardım göstərən futbolçu müsəlman dünyasının rəğbətini qazanmışdı. Bu dəfə isə portuqaliyalı ulduz Pakistana maddi yardım göstərib.

Pakistanda hər il 10 min insan çirkli su içdiyi üçün ölür. Ronaldu bunun qarşısını almaq üçün Pakistana 15 milyon funt-sterlinq (33 milyon manat) vəsaitlə yardım edib.

33 yaşlı futbolçunun bu hərəkəti sosial mediada təqdir edilib.

Xəbər lenti
0