Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qurban Qurbanov: “Bu, bizim son şansımızdır”

© Sputnik / Taleh MahmudovAzərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Kosovo millisi ilə oyundan öncə mətbuat konfransında
Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Kosovo millisi ilə oyundan öncə mətbuat konfransında - Sputnik Azərbaycan
Abunə olmaq
Baş məşqçi jurnalistlərlə təmas zamanı narahat olduğu məqamları da dilə gətirib

BAKI, 6 sentyabr — Sputnik. UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasında iştirak edən Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Kosovo millisi ilə oyundan öncə mətbuat konfransı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Qurban Qurbanov konfrans iştirakçılarını salamlayıb: “İlk rəsmi oyuna hazırlaşırıq. Bu oyun hər birimiz üçün vacibdir. Neçə gündür ki, ciddi hazırlıq gedir. Pis hazırlaşmamışıq. Düşünürəm ki, futbolçular sabah ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar. Hər bir futbolçunun və Kosovo komandasının oyunu ilə yaxından tanış olmuşuq”.

© Sputnik / Taleh MahmudovAzərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Kosovo millisi ilə oyundan öncə mətbuat konfransı
Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Kosovo millisi ilə oyundan öncə mətbuat konfransı - Sputnik Azərbaycan
Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Kosovo millisi ilə oyundan öncə mətbuat konfransı

Baş məşqçi jurnalistlərlə təmas zamanı narahat olduğu məqamları da dilə gətirib:  “Oyunçuların oyun təcrübəsi məni narahat edir. Çünki onlar az oyun görüblər. Amma mən oyunçularıma güvənirəm. Düşünürəm ki, oyunçularımın ustalığı bizə qələbə qazandıracaq və komanda heç bir əngəl hiss etmədən uğur qazanacaq”.

“Rəqibimizi çox qiymətləndiririk. Kosovo çox aqressiv komandadır. Sürətli hücumları var. Ona görə öz oyunumuzu quracağıq. Hər halda, bir neçə dəhlizdən istifadə edə bilərik. Bütün oyunçular nəzərimizdədir. Ramin Şeydayevi də mövsüm boyu izləmişəm. Hər bir oyunçunun toplantıya çağrılmaq şansı və milli komandaya hər bir oyunçunun düşmə ehtimalı var” – deyə baş məşqçi vurğulayıb.

Qurbanov bu oyunun millimizin son şansı olduğunu qeyd edib: “Bütün komandalar bu turnirin qalibi olmağı düşünür. Amma bu, bizim son şansımızdır. Avropa çempionatına çıxmalıyıq, qələbəyə köklənmişik. Düşünürəm ki, uğur bizim tərəfdə olacaq. Malta və Farer adalarının komandalarını da unutmaq olmaz”.

Mətbuat konfransında, həmçinin futbolçu Qara Qarayev də çıxış edib: “Əlimizdən gələni edəcəyik ki, yaxşı iştirak edək. Rəqibi tanıyırıq, sabah şans bizim tərəfdə olsa, uğur qazanacağıq”.

Q.Qarayev bu turnirdə həyəcanlı olduqlarını da gizlətməyib: “Bu turnir bizim üçün xüsusi həyəcandır. Komandada sanki yeni dövr yaranıb. Millimizin daha çox uğur qazanması üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərin bizdən daha yaxşı uğur gözləməsi bizə ruh yüksəkliyi verir”.

Qapıçı Kamran Ağayev də çıxış edərək turnirlə bağlı fikirlərini bölüşüb: “Oyunumuz komandanın birliyindən asılıdır. Əgər hər birimiz öz işimizi ustalıqla görsək, nəticəmiz əla olacaq”.

Xəbər lenti
0