BAKI, 4 sentyabr — Sputnik. Azərbaycanın FIFA referisi Əliyar Ağayev Rusiya və Çexiya milli komandaları arasındakı yoldaşlıq oyununu idarə edəcək. Bu barədə Sputnik Azərbaycan-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ağayev sentyabrın 10-da Rostov şəhərində keçiriləcək qarşılaşmanın baş hakimi olacaq. Yan xətt hakimi funksiyasını isə Zeynal Zeynalov və Rza Məmmədov yerinə yetirəcək.