Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Daha bir neçə idmançımız cəzalandırıldı

CC0 / tacofleur / FitnessДевушка в спортзале, фото из архива
Девушка в спортзале, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bir müddət əvvəl də Azərbaycanın daha 20 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb

BAKI, 3 sentyabr — Sputnik. Azərbaycanın daha 4 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib. Ağır atlet Rövşən Fətullayev isə 8 il müddətinə bütün yarışlardan kənarda qalacaq.

Sputnik Azərbaycan Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, boksçu İman Əhmədli orqanizmində meldonium maddəsi tapıldığı üçün 12 aylıq diskvalifikasiya olunub. Onun cəzası 5 mart 2018-ci il tarixindən hesablanır.

Ağır atlet Rövşən Fətullayev isə 8 il müddətinə bütün yarışlardan kənarda qalacaq. “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısından alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində xorionik qonadotropin (hCG) və morfin aşkarlanıb. Onun cəzası 18 yanvar 2018-ci il tarixindən qüvvəyə minib. Cəza müddəti 2026-cı ildə bitəcək.

Voleybolçularımız da  bu siyahıda yer alıb. Onlar İftixar Abdullayev 24 ay, Sabina Saviç isə 48 ay müddətinə cəza alıblar. 22 may 2018-ci ildən başlayaraq hesablanacaq S.Saviç isə qadağan olunmuş metamfetamin (D-) və amfetamin maddələrindən istifadəyə görə cəzalanıb.

Xatırladaq ki, bir müddət əvvəl də Azərbaycanın daha 20 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.

Xəbər lenti
0