Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çətin sınaq günü yaxınlaşır, o gün bütün maneələri aşmaq şərtdir

© Photo : Facebook / Mubarizler“Mübarizlər” layihəsi
“Mübarizlər” layihəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Yarışda maneələr arasında əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yükdaşıma var

BAKI, 31 avqust — Sputnik. Azərbaycanda, artıq, üçüncü dəfə "Events Management Azerbaijan" şirkəti tərəfindən "Mübarizlər" yarışı təşkil ediləcək. "Mübarizlər" yarışı "Qonka Qeroev" kimi tanınan layihənin Azərbaycanda təşkil olunmuş versiyasıdır. "Qonka Qeroev" isə "Liqa Qeroev" komandasının ən tanınmış layihələrindən biridir. Bu layihə 2013-cü ildən başlayaraq fəaliyyətini Rusiyanın bütün regionlarını əhatə edərək davam etdirir.

Sputnik Azərbaycan xəbər verir ki, layihə çərçivəsində ilk tədbir ötən ilin 23 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-tədris mərkəzində baş tutub. İlk yarışda iştirak üçün, ümumilikdə 1200 nəfərdən artıq insan qeydiyyatdan keçib. Bakıda təşkil olunan və böyük maraq doğuran layihədə ekstremal idman həvəskarları üçün fəal istirahətin, tamamilə yeni formatı — çətin keçilən ərazidə maneəli qaçış təşkil edilib.

Maneələr məxsusi olaraq elə hazırlanıb ki, trasın qət edilməsi zamanı iştirakçıların bütün qrup əzələləri hərəkətdə olsun. İdman-sağlamlıq yönümlü "Mübarizlər" yarışının məqsədi sağlam həyat tərzinin təbliği, idmanın kütləviləşdirilməsi, fiziki hazırlıqlı iştirakçıların müəyyən edilməsidir.

© Photo : Facebook / Mubarizler“Mübarizlər” layihəsi
“Mübarizlər” layihəsi - Sputnik Azərbaycan
1/7
“Mübarizlər” layihəsi
© Photo : Facebook / Mubarizler“Mübarizlər” layihəsi
“Mübarizlər” layihəsi - Sputnik Azərbaycan
2/7
“Mübarizlər” layihəsi
© Photo : Facebook / Mubarizler“Mübarizlər” layihəsi
“Mübarizlər” layihəsi - Sputnik Azərbaycan
3/7
“Mübarizlər” layihəsi
© Photo : Facebook / Mubarizler“Mübarizlər” layihəsi
“Mübarizlər” layihəsi - Sputnik Azərbaycan
4/7
“Mübarizlər” layihəsi
© Photo : Facebook / Mubarizler“Mübarizlər” layihəsi
“Mübarizlər” layihəsi - Sputnik Azərbaycan
5/7
“Mübarizlər” layihəsi
© Photo : Facebook / Mubarizler“Mübarizlər” layihəsi
“Mübarizlər” layihəsi - Sputnik Azərbaycan
6/7
“Mübarizlər” layihəsi
© Photo : Facebook / Mubarizler“Mübarizlər” layihəsi
“Mübarizlər” layihəsi - Sputnik Azərbaycan
7/7
“Mübarizlər” layihəsi
1/7
“Mübarizlər” layihəsi
2/7
“Mübarizlər” layihəsi
3/7
“Mübarizlər” layihəsi
4/7
“Mübarizlər” layihəsi
5/7
“Mübarizlər” layihəsi
6/7
“Mübarizlər” layihəsi
7/7
“Mübarizlər” layihəsi

Layihə çərçivəsində təşkil olunacaq növbəti yarış isə sentyabrın 29-da, yenidən həmin məkanda — FHN Təlim-tədris mərkəzində baş tutacaq. "Mübarizlər" layihəsi çətin keçilən ərazidə maneəli qaçışla adrenalin həvəskarlarına fəal istirahətin yeni formatını təklif edir.

Yarışda maneələr arasında əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yükdaşıma və s. var. Maneələr məxsusi olaraq elə qurulub ki, iştirakçılar trasları keçərkən bütün əzələ qruplarını işə salsınlar. Maneələrin çoxu taxta materiallardan hazırlanmış mürəkkəb konstruksiyalardır. Komanda iştirakı üçün təşkilatçılar 5 km uzunluğunda tras və 35 maneə nəzərdə tutub, özünü çempionatda sınamaq istəyənlər isə 7 km-ə yaxın trasdan və 42 maneədən keçməyə hazır olmalıdır.

"Mübarizlər" iştirakçılarına komanda yarışında və ya iki çempionat kateqoriyasının birində (fərdi qadın kateqoriyası və fərdi kişi kateqoriyası) öz gücünü sınamaq, öz imkanları haqqında daha çox şey öyrənmək, həmfikirlər tapmaq, fan-zonasında əyləncəli idman oyunlarında iştirak etmək və bütün gün ərzində dünyada analoqu olmayan irimiqyaslı idman bayramı ab-havasına qərq olmaq təklif olunur.

Təşkilatçılar ümüd edirlər ki, bu dəfə də təşkil olunacaq yarışlarda gənclərin və fərdi şəxslərin fəallığı müşahidə olunacaq və yarışlarda yüksək performans qeydə alınacaq: "Hər kəsi bu yarışda iştirak etməyə tələsməyə dəvət edirik. Yarış haqqında daha ətraflı məlumatı saytdan və layihənin sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür".

Qeyd edək ki, Bakıda bu layihənin icraçısı "Events Management Azerbayjan" şirkəti olsa da, layihə "Gilan Holding"in təşkilatçılığı, həmçinin FHN, Gənclər və İdman Nazirliyi, və s. kimi qurumların dəstəyi ilə təşkil olunur.

Xəbər lenti
0