Bakı sakinindən qayınanasına və həyat yoldaşına qarşı amansız cinayətin təfərrüatı

Abunə olmaq
Bununla sakitləşməyən kişi onları ayırmağa gələn qayınanası F.İsgəndərovanın ürək nahiyəsinə iki bıçaq zərbəsi endirib

BAKI, 30 avqust — Sputnik. Dünən xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda kürəkən qayınanasını amansızcasına qətlə yetirib, həyat yoldaşını isə ağır yaralayıb. Sputnik Azərbaycan-ın bu gün əldə etdiyi məlumata görə, cinayət hadisə ailə münaqişəsi zəminində törədilib. 

Əlində bıçaq tutumuş adam - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda kişi arvadını bıçaqladı, qayınanasını öldürdü

Cinayət əməlini törədən Cəsarət İsgəndərov adlı şəxs hadisə yerindən uzaqlaşsa da, o, istintaq qrupu tərəfindən saxlanılıb. C.İsgəndərovun hadisəni törədən zaman sərxoş vəziyyətdə olduğu məlum olub.

Qeyd edək ki, Əliyar Əliyev küçəsi 24 ünvanında yaşayan 51 yaşlı Fəhminə İsgəndərova qızı Leyla İsgəndərovanı həyat yoldaşı ilə mübahisə etdiyi üçün ata evinə çağırıb. Lakin L.İsgəndərovanın bu hadisədən hiddətlənən həyat yoldaşı C.İsgəndərov onların olduğu evə gəlib. Qapı və pəncərələr ev sahibəsi tərəfindən bağlandığından C.İsgəndərov içəri evin damından daxil olub. Bu zaman o, əlindəki bıçaqla əvvəlcə həyat yoldaşına bir neçə zərbə vurub. Bununla sakitləşməyən kişi onları ayırmağa gələn qayınanası F.İsgəndərovanın ürək nahiyəsinə iki bıçaq zərbəsi endirib.

F.İsgəndərova aldığı zərbənin ağırlığından hadisə yerindəcə ölüb. L.İsgəndərova isə 5 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralı 1-ci dərəcəli koma vəziyyətindədir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən cinayət işi başlanılıb. 

Qeyd edək ki, cütlüyün birgə nikahdan 3 aylıq qız övladı var.

Xəbər lenti
0