Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda kişi arvadını bıçaqladı, qayınanasını öldürdü

© Sputnik / Murad OrujovƏlində bıçaq tutumuş adam
Əlində bıçaq tutumuş adam - Sputnik Azərbaycan
Abunə olmaq
Öldürülən qadının qızı 5 nömrəli Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib

BAKI, 29 avqust — Sputnik. Bu gün günorta saatlarında Bakının Nərimanov rayonunda qətl törədilib. Hüquq-mühafizə orqanlarından Sputnik-Azərbaycan-a bildiriblər ki, Ermənistanda doğulan 45 yaşlı Fəhmidə İsgəndərova cinayətin qurbanı olub.

Cinayət Nərimanov rayonunun 17-ci Polis Bölməsinin ərazisindəki Əliyar Əliyev küçəsində yerləşən evdə baş verib. İlkin araşdırma zamanı müəyyən olunub ki, İsgəndərova qızı və kürəkəni Cəsarət İsgəndərov arasında yaranan ailə münaqişəsi zamanı öldürülüb.

Dönər satıcısı işləyən kişi evə kefli halda dönüb. O, münaqişə zamanı bıçaqla həyat yoldaşına hücum edib. C. İsgəndərov qayınanası araya girməmişdən öncə həyat yoldaşına bıçaqla zərbə vurub. Sonra isə qızını müdafiə etməyə çalışan Fəhmidə İsgəndərovanı öldürüb.

Öldürülən qadının qızı 5 nömrəli Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib. Cəsarət İsgəndərov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətl və ağır bədən xəsarəti yetirmə faktları ilə bağlı cinayət işi qaldırılıb.

Xəbər lenti
0