Görün, zəlzələ Lerikə necə ziyan vurub

© Sputnik / Ramil IbrahimovZəlzələ
Zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial obyektlərə, iaşə obyektlərinə, vətəndaşlara məxsus obyektlərə heç bir ciddi ziyan dəyməyib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 avqust — Sputnik. Ötən gün cənub bölgəsində güclü zəlzələ baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, zəlzələ Lerik rayonunda 5,1 bal gücündə qeydə alınıb. Zəlzələnin təsiri, xüsusilə çoxmərtəbəli binalarda hiss olunub, sakinlər evlərini tərk ediblər.

Lənkəranda zəlzələ - Sputnik Azərbaycan
HADİSƏ
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ baş verdi

Seysmoloji xidmətin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızının sözlərinə görə, zəlzələ zamanı xəsarət və tələfat qeydə alınmayıb.

"Lerikdə baş verən 5,1 bal gücündə zəlzələdən sonra 2 dəfə 3,7 və 3,2 gücündə zəif təkanlar qeydə alınıb" — deyə o qeyd edib.

V.Rafiqqızı qeyd edib ki, dağıntı, əsasən, 6 baldan güclü zəlzələ zamanı baş verir: "Güclü hiss edilən birinci təkan olub. Həmin ərazi seysmik baxımdan aktiv zonadır. Bu zəlzələyə dağıdıcı zəlzələ demək olmaz".

Lerik Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, ötən gün Lerikdə 5,1 bal gücündə zəlzələ olsa da, dağıntı və tələfat qeydə alınmayıb: "Zəlzələ güclü olub. Sosial obyektlərə, iaşə obyektlərinə, vətəndaşlara məxsus obyektlərə heç bir ciddi ziyan dəyməyib”.

“40-a yaxın vətəndaş bizə müraciət edib. Onların evlərində, köhnə tikililərdə çatlar artıb, qüsurlar yaranıb. Amma qeyd olunan vəziyyət hazırda yaşamaq üçün təhlükəli deyil. Buna baxmayaraq, araşdırma aparılır. Bütün müraciətləri yerində araşdırırıq, sənədləşdirib yuxarı instansiyalara göndəririk", — deyə qurum rəsmisi vurğulayıb.

Xəbər lenti
0