Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ baş verdi

© Sputnik / Rahim MuradovLənkəranda zəlzələ
Lənkəranda zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
Təbiət hadisəsi, təqribən 4-5 bal gücündə olub

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Ötən dəqiqələrdə cənub bölgəsində güclü zəlzələ baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, zəlzələ Lənkəran şəhərində saat 16:57-də qeyd alınıb.

© Sputnik / Rahim MuradovLənkəranda zəlzələ
Lənkəranda zəlzələ - Sputnik Azərbaycan
Lənkəranda zəlzələ

Təbiət hadisəsi, təqribən 4-5 bal gücündə olub. Zəlzələnin təsiri, xüsusilə çoxmərtəbəli binalarda hiss olunub, sakinlər evlərini tərk ediblər.

© Sputnik / Rahim MuradovLənkəranda zəlzələ
Lənkəranda zəlzələ - Sputnik Azərbaycan
Lənkəranda zəlzələ

Qeyd edək ki, güclü təkanlar ətraf rayonlarda — Lerik, Yardımlı, Astara, Masallıda da hiss edilib. Rayon sakinlərinin sözlərinə görə, təkanların gücündən insanlar təşvişə düşsələr də, zəlzələ insan tələfatı olmadan ötüşüb. Hazırda baş verənlər araşdırılır.

Onu da əlavə edək ki, İran İslam Respublikasında da 6 bal gücündə zəlzələ qeydə alınıb.  

Xəbər lenti
0