Yerə "Potensial təhlükə" yaxınlaşır

Abunə olmaq
Yaxın günlərdə Yer kürəsinin yaxınlığından çox sayda kiçik asteroidlər keçəcəyi də gözlənilir

BAKI, 28 avqust — Sputnik. Yaxın günlərdə Yer kürəsinin yaxınlığından 2016NF23 asteroidi keçəcək.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, astronomların fikrincə, asteroid saatda 30 min kilometr sürətlə bizim planetin yanından keçəcək. Alimlər asteroidin Yerlə toqquşma ehtimalını və təhlükəsini hesablayıblar.

Mələk formasında UNO - Sputnik Azərbaycan
ELM
NASA nəhəng canlı "mələk" kəşf edib

Qeyd edək ki, asteroid 2016 NF23 nəhəng göy cisimləri kateqoriyasına daxildir. NASA mütəxəssislərinin hesablamalarına görə, onun diametri 70 —160 metrdir. Əgər hesablamalar düzgündürsə, asteroidin ölçüsü Giza piramidaları və ya Roma Kolizeyi ilə müqayisə edilə bilər. Qısacası, o, Böyük Britaniyada olan Lester kafedralından böyük deyil. Yer kürəsinə maksimal yaxınlaşma avqustun 29-da təsadüf edəcək.

Ancaq astronomların fikrincə, yer kürəsi üçün təhlükə gözlənilmir. 2016 NF23 Yer kürəsindən 5 min kilometr uzaqlıdan keçəcək. Mütəxəssislər asteroidi "potensial təhlükə" hesab edir.

Qeyd edək ki, "potensial təhlükə" sayılan obyektlər Yer kürəsindən 6-7 min kilometr uzaqlıdan keçən obyektlər hesab edilir.

Yaxın günlərdə Yer kürəsinin yaxınlığından çox sayda kiçik asteroidlər keçəcəyi də gözlənilir.

Xəbər lenti
0