BAKI, 26 aprel — Sputnik. Arxiv materiallar üzərində işləyən NASA mütəxəssisləri maraqlı kəşf ediblər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər fotoda düşən nəhəng mələyə oxşar uçan naməlum obyekt (UNO) aşkar ediblər. Şəkil bu il aprelin 22-də çəkilib.
Ufoloqların sözlərinə görə, onları obyektin böyüklüyü təəccübləndirib. Onun uzunluğu, təxminən 2,5 milyon kilometr təşkil edir və bu obyekt Günəş sistemində yerləşir.
Ufoloqlar bildirir ki, UNO-lar realdır. Onlar Günəş sisteminə yaxın yerlərdə mövcuddurlar.