SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya-Türkiyə əlaqələrində "dollarsız münasibət": Reallıq, yoxsa mif?

© Sputnik / Vladimir TrefilovДенежные купюры
Денежные купюры - Sputnik Azərbaycan
Abunə olmaq
Həsənov vurğulayıb ki, biznes hazırda türk lirəsi, rus rublu və ya İran realı ilə satmaqda maraqlı deyil

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 avqust — Sputnik. ABŞ-ın Türkiyədən polad və alüminium ixracına gömrük rüsumlarını artırması Türkiyə və Rusiya arasında ticarət əlaqələrində milli valyutaların istifadə edilməsini gündəmə gətirdi. Bu məsələnin müzakirə olunduğunu Ankaraya səfəri zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov da təsdiq edib.

Hər iki ölkə qarşılıqlı ticarət əlaqələrində milli valyutalardan istifadə etməklə bu valyutaların məzənnəsinin sürətlə düşüşünün qarşını almağa çalışır. Bəs doğrudanmı qarşılıqlı ticarət dövriyyəsində milli valyutaya keçid bu qədər asandır? Sputnik Azərbaycan məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Lavrov və Çavuşoğlu - Sputnik Azərbaycan
RUSİYA
Rusiya və Türkiyə arasında mühüm razılaşma əldə olundu

Ekspertin fikrincə, ticarət əməliyyatları zamanı dollardan milli valyutalara keçid olduqca çətin bir prosesdir: "İlk növbədə bu istiqamətdə lazımı infrastrukturun formalaşmasına ehtiyac var. Biznesi milli valyutalarla dövriyyəni həyata keçirməyə inandırmaq lazımdır. Çünki biznes bu kimi məsələlərdə çox həssasdır. Əgər biznes hər hansı bir risklə və ya məcburiyyətlə qarşılaşacaqsa, bu, son nəticədə qeyd olunan ölkələrdə — Rusiya və Türkiyə arasında ticarət əlaqələrinə, xarici ticarət dövriyyəsinə ciddi zərər vuracaq".

"Qısamüddətli dövrdə milli valyutalarla hesablaşma dövlətlər arasında mövcud olan ödəmələrdə, mal və xidmətlərin idxal və ixracında istifadə oluna bilər. Dövlətlər bu istiqamətdə qərar qəbul edə bilər. Belə olan təqdirdə, valyutanın dövretmə ərazisi, arealı genişlənir bu da həm ölkənin valyuta strukturunun şaxələndirilməsinə, həm də bir valyutadan asılılığın azalması ilə qısamüddətli dövrdə milli valyutaların müəyyən qədər möhkəmlənməsi ilə nəticələnir. Burada əsas oyunçu biznesdir" — deyə o qeyd edib.

Həsənov vurğulayıb ki, biznes hazırda türk lirəsi, rus rublu və ya İran realı ilə satmaqda maraqlı deyil. Çünki bu valyutaların məzənnələri kifayət qədər yüksəkdir: "Nəzərə alaq ki, xarici ticarət dövriyyəsində bəzi ödənişlərdə razılaşma sazişin həyata keçirilməsindən asılı olaraq kifayət qədər uzun müddətli dövrdə həyata keçirilir. Bu müddət ərzində bu ölkələrin valyuta məzənnələrinin hansı dinamika nümayiş etdirəcəyini proqnozlaşdırmaq çətindir. Bu ölkələrdə hedj fondlar bəhs olunan valyutalarla fəaliyyətin həyata keçirilmə prosesinin sığortlanmasında daha az maraqlı olacaq. Çünki hedj fondlar üçün risklər yaranır və onlar bu valyutalarda sabit məzənnə təklif etməkdə çətinlik çəkirlər".

Министр иностранных дел РФ Сергей Лавров на заседании Совета глав субъектов РФ в Доме приемов МИД России, 27 октября 2017 года - Sputnik Azərbaycan
RUSİYA
Rusiya xarici işlər nazirindən Türkiyə və İrana yönəlik mühüm bəyanat

Ekspertin sözlərinə görə, əgər sahibkar milli valyutada alış-veriş etsə belə, daha sonra onu məzənnəsi sabit olan valyutalara dəyişməyə çalışacaq: "Ən yaxşı halda hər hansı bir milli valyutada alqı-satqı həyata keçirilsə belə, sahibkar vəsaiti əldə etdiyi zaman dərhal bu vəsaiti sabit valyutalar — dollar və avroya çevirməyə cəhd edəcək ki, bu da öz növbəsində milli valyutalarla xarici ticarətin qurulması strategiyasının üstünlüklərini zəiflədir".

"Yəni bu keçid kifayət qədər çətin bir prosesdir. Bir şey aydındır ki, heç kim ABŞ dollarını və ya avronu məhz rənginə görə sevmir. Bu vəsaitlərin arxasında böyük iqtisadiyyatlar, ixtisaslaşmış institutlar, konsensus qərarlar, dövlətlər və dövlət strukturları dayanır. Məhz bu cür risklər aşağı olduğu üçün sahibkarlar bu valyutadan istifadə etməyə üstünlük verirlər" — deyə ekspert əlavə edib.

Rəşad Həsənov bildirib ki, bu məsələdə hökumətlərin görə biləcəyi yeganə iş öz milli valyutalarına qarşı inamı formalaşdırıb, möhkəmləndirmək, dayanıqlığı təmin etməkdir. Bu isə qısamüddətli perspektivdə mümkün deyil.

Xəbər lenti
0