Bu ölkədə maaşlar 60 dəfə qaldırılır

© AP Photo / Rodrigo AbdKarakas şəhərində supermarket
Karakas şəhərində supermarket - Sputnik Azərbaycan
Abunə olmaq
“Petro”nun dəyəri 2018-ci ilin əvvəlində bir barel Venesuela neftinin dəyərində müəyyənləşdirilib

BAKI, 18 avqust — Sputnik. Venesuela prezidenti Nikolas Madura ölkədə minimal əmək haqqını 60 dəfə artırdığını elan edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, dövlət başçısının sözlərinə görə, avqustun 20-də “Petro” kriptovalyutası dövriyyəyə buraxıldıqdan sonra onun bir vahidi 60 dollar və ya denominasiya edilmiş 3,600 bolivara bərabər olacaq.

Hazırda ölkədə minimal əmək haqqı bu kriptovalyutanın yarısı – 1800 bolivar miqdarındadır.

Bununla yanaşı, ölkədə ƏDV 12 faizdən 16 faizədək artacaq.

Nikolas Maduro - Sputnik Azərbaycan
HADİSƏ
Venesuela prezidentinə sui-qəsdin detalları məlum olub - VİDEO

Məlumata görə, Venesuelanın milli valyutası 5 sıfır itirəcək. Maduro iddia edir ki, bu tədbirlər hiperinflyasiyadan əziyyət çəkən dövlətin pul-kredit və maliyyə həyatını kəskin sabitləşdirməyə imkan verəcək.

Karakas “Petro”-nu fevralın 20-dən etibarən reallaşdırmağa başlayıb. Ümumiyyətlə 100 milyon kriptovalyuta buraxmaq nəzərdə tutulub.

“Petro”nun dəyəri 2018-ci ilin əvvəlində bir barel Venesuela neftinin dəyərində müəyyənləşdirilib.

Kriptovalyutanın loqotipi Rusiya rublunun işarəsinə bənzəyir — ₽.

Qeyd edək ki, Venesuela 2014-cü ildən neftin qiymətinin düşməsindən sonra iqtisadi böhran yaşayır. Ölkədə böhran fonunda kütləvi iğtişaşlar və mağazalarda məhsul qıtlığı hökm sürür.

Xəbər lenti
0