BAKI, 5 avqust — Sputnik. Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd pilotsuz uçan aparatın köməyi ilə həyata keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, partlayış hərbi parad zamanı baş verib. Yerli telekanalın kadrlarından görünür ki, prezident partlayış səsindən sonra çıxışını yarımçıq kəsir. Prezident və hökumət nümayəndələri partlayış zamanı xəsarət almayıblar.
Partlayışa görə məsuliyyəti "Flanel əsgərlər" hərbi qruplaşması öz üzərinə götürüb. Onlar sui-qəsd üçün iki drondan istifadə etdiklərini bildiriblər. Həmin dronlar hədəf çatmamış snayperlər tərəfindən vurulub. Prezident Nikolas Maduro isə isə təqsirkarların bir hissəsinin artıq həbs edildiyini deyib və sui-qəsdə görə Kolumbiyanı ittiham edib.