Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Baş nazir: Sanksiyaları bizə qarşı müharibənin elan olunması kimi qiymətləndiririk

© ptel.czDmitri Medvedyev - Rusiyanın baş naziri
Dmitri Medvedyev - Rusiyanın baş naziri - Sputnik Azərbaycan
Abunə olmaq
RF-nın baş naziri: Sanksiyalar bu ya digər dərəcədə ölkənin iqtisadiyyatına, həmçinin valyutanın məzənnəsinə təsir edir.

BAKI, 10 avqust — Sputnik. Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini iqtisadi müharibənin elan olunması kimi qiymətləndirmək olar. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedyev Kronoktsk dövlət qoruğunun əməkdaşları ilə keçirdiyi görüşdə bildirib.

Medvedyev zaldan səsləndirilən suallardan birini cavablandırarkən deyib:

"Bu müharibəyə reaksiya vermək lazımdır. İqtisadi tədbirlər, siyasi tədbirlər, ehtiyac olduqda isə digər tədbirlərlə. Bizim Amerikalı dostlarımız bunu anlamalıdır"!

Medvedyev vurğulayıb ki, sanksiyalar bu ya digər dərəcədə ölkənin iqtisadiyyatına, həmçinin valyutanın məzənnəsinə təsir edir.

Baş nazir Moskvaya qarşı sanksiyaların əvvəllər də tətbiq olunduğunu xatırladıb:

"Bizim ölkəmiz son 100 ildə daima sanksiya təzyiqi altında olub. Bu nə üçün edilib?! Rusiyanın beynəlxalq aləmdə güclü rəqiblər siyahısından çıxarmaq üçün".

Onun sözlərinə görə, Rusiya ХХ əsrin əvvəlində, həmçinin sovet dövrünün çətinliklərinə baxmayaraq heç də pis inkişaf etməyib. Güclü inkişaf dövrləri də olub və bu, çoxlarının, ilk növbədə ABŞ və onun tərəfdaşlarının xoşuna gəlməyib. İndi də heç nə dəyişməyib".

Xəbər lenti
0