SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: Xəzərin ekoloji inkişafı üçün mümkün olan hər şeyi edirik

Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aktauda bəyanatla çıxış edib.

BAKI, 12 avqust — Sputnik. Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Sammitin qarşılıqlı anlaşma və mehriban şəraitdə keçdiyini deyərək Konvensiyanın imzalanmasını görülən işin kuliminasiyası adlandırıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatla çıxış edib.

O bəyanatında ilk növbədə, göstərilən qonaqpərvərliyə, səmimi qəbula və Sammitin yüksək səviyyədə təşkilinə görə Qazaxıstan prezidenti Nursultan Abişoviç Nazarbayevə təşəkkür edib.

İlham Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak edib - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev Aktau sammitində çıxış edib

"Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyənləşdirən bu mühüm sənədi bu gün imzaladığımız üçün həmkarlarıma fəal işlərinə görə təşəkkürümü bildirmək istərdim" — deyə Əliyev bildirib.

O qeyd edib ki, "Konvensiya imzalanana qədər də bizim ikitərəfli və çoxtərəfli münasibətlərimiz kimi Xəzər təhlükəsizlik, sabitlik dənizi və Xəzərdə sabitliyin və təhlükəsizliyin qarantı idi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır".

İlham Əliyev Xəzərdə təhlükəsizlik və sabitliyin bu gün imzalanan Konvensiya ilə müəyyən olunduğunu qeyd edib. Deyib ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.

Президент РФ В. Путин принял участие в V Каспийском саммите в Актау - Sputnik Azərbaycan
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı

"Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşmasına fəal və böyük töhfə verir. Hökumətimizin gördüyü tədbirlər xüsusən neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib. Mən artıq Sammit zamanı bu barədə danışmışam və bir daha demək istəyirəm ki, Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi bütün neft-qaz əməliyyatları İSO beynəlxalq standartlarına uyğundur" — Əliyev deyib.

Azərbaycan prezidenti gələn il bizim Xəzərdə neftin çıxarılmasının 70 illiyini qeyd edəcəyimizi, bunun dəniz yataqlarında neftin ilk hasilatı olduğunu xatırladıb.

Əvvəlki illərdə Xəzərin neft-qaz ehtiyatlarının istismarı zamanı Xəzərin ekologiyasına müəyyən dərəcədə ziyan dəydiyini vurğulayan prezident, "bu gün ölkəmiz mümkün olan hər şeyi edir ki, Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin" deyib.

O, Azərbaycanın nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırdığını və reallaşdırdığımız layihələrin bu gün bizə Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verdiyini qeyd edib:

Azərbaycan Prezidenti İlham Əliyev Aktauda İran Prezidenti Həsən Ruhani ilə görüşüb - Sputnik Azərbaycan
İlham Əliyevlə Həsən Ruhani Aktauda nədən danışıblar

"Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb dəhlizi, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizi — bunlar iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir".

Prezident bu il İranla Rusiya arasında Şimal-Cənub dəhlizi üzrə yükdaşımalarının 100 dəfədən çox artdığını xatırladaraq, Azərbaycan ərazisində bu istiqamətdə bütün işlərin başa çatdığının bildirib.

"Biz yük axınının artmasını gözləyirik. Eynilə, Azərbaycan Avropa və Asiya dəmir yollarını birləşdirən layihəni həyata keçirib və bu dəhlizlə də yük axınının xeyli artmasını gözləyirik. Bütün bunlar ölkələrimiz üçün əlavə imkanlardır. Bu, iqtisadi rifahdır, bu, ölkələrimizin dünya miqyaslı mühüm tranzit qovşağa çevrilməsidir" — Əliyev əlavə edib.

O qeyd edib ki, bugünkü imzalanma mərasimi qarşıda yeni perspektivlər açır: "Biz əməkdaşlığı davam etdirmək niyyətindəyik. Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir. Bütün Azərbaycan xalqı adından gələcəkdə ölkələrimizin hamısının uğurlu inkişafında böyük rol oynayacaq bu mühüm sənədi, nəhayət, imzaladığımız üçün böyük məmnunluğumu ifadə etmək istərdim".

Xəbər lenti
0