SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Aktau sammitində çıxış edib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak edib
İlham Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: Konvensiyanın imzalanmasına qədər də Xəzər dənizi sabitlik və təhlükəsizlik dənizi idi.

BAKI, 12 avqust — Sputnik. Bu gün Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti keçirilib.

Sammit Xəzər dənizinin hüquqi statusu haqqında tarixi sənəd olan Konvensiyanın imzalanması ilə başa çatıb.

Sputnik Qazaxıstan-ın məlumatına görə, həm sammitdə, həm də imzalama mərasimində Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

Azərbaycan prezidenti Xəzərin hüquqi statusu haqqında yekun sənədin Xəzəryanı ölkələrin, eləcə də Azərbaycanın həyatında mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Bakı bu konvensiyanın inkişafına öz töhfəsini verib.

"Konvensiya Xəzərin təhlükəsizliyini müəyyən edir. Konvensiyanın imzalanmasına qədər də Xəzər dənizi sabitlik və təhlükəsizlik dənizi idi. Bu sənəd ölkələrimizin gələcəyi üçün əhəmiyyətli rol oynayır" — deyə İlham Əliyev bildirib.

Xəbər lenti
0