Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Paşinyan Lavrova yeni vəziyyətə "adaptasiya olmağı" təklif edib

© Sputnik / Murad OrujovМинистр иностранных дел России Сергей Лавров
Министр иностранных дел России Сергей Лавров - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya XİN başçısı Sergey Lavrov Ermənistandakı hadisələrin ölkənin yeni rəhbərliyinin öz siyasi sələflərini təqib etməmək barədə bəyanatları ilə ziddiyyət təşkil etdiyini bildirib

BAKI, 10 avqust — Sputnik. Ermənistanda yeni vəziyyət yaranıb və hamı bu vəziyyətə adaptasiya olmalıdır. Sputnik Ermənistan xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanda baş verənlər ölkənin yeni rəhbərliyinin dedikləri ilə ziddiyyət təşkil etməsi barədə bəyanatını şərh edib.

"Ölkəmizdə yeni vəziyyətdir və biz hamımız buna adaptasiya olmaqdır. Həmçinin rusiyalı həmkarlar da. Hər şey qaydasındadır", — deyə o bildirib.

Paşinyan, həmçinin Koçaryan tərəfdarlarının onun siyasi təqiblərə məruz qalması barədə bəyanatlarını şərh etməyib: "Bununla bağlı istənilən şərh işə qarışmaq və ya ona təsir kimi dəyərləndirilir. Lakin hər bir vətəndaş bu sualının cavabını bilir". 

Sergey Lavrov - Sputnik Azərbaycan
RUSİYA
Lavrov rəsmi Moskvanın Qarabağa dair mövqeyini açıqladı

Qeyd edək ki, iyulun 31-i Rusiya XİN başçısı Sergey Lavrov Ermənistandakı hadisələrin ölkənin yeni rəhbərliyinin öz siyasi sələflərini təqib etməmək barədə bəyanatları ilə ziddiyyət təşkil etdiyini bildirib.

"Rusiya Yerevanın müttəfiqi kimi həmişə erməni dövlətinin sabitliyində maraqlı olub, ona görə də orada baş verənlər bizi narahat etməyə bilməz. Bu narahatlıq həmçinin Ermənistanın iştirak etdiyi MDB məkanında fəaliyyət göstərən təşkilatların normal işinin təminatı baxımından da mövcuddur", — deyə o bildirib.

"Son günlər biz öz narahatlığımızı bir neçə dəfə Ermənistan rəhbərliyinin nəzərinə çatdırmışıq. Ümid edirik ki, vəziyyət konstruktiv məcrada davam edəcək" — nazir əlavə edib.

Onun sözlərinə görə, Moskvada Ermənistanda may ayında baş verən böhran zamanı "böyük məmnuniyyətlə bu böhranın həllinin bütün aparıcı partiyaların iştirakı ilə kompomis əsasında tapılmasını qeyd edirdilər". "Biz ümid edirdik ki, bu nəticədən çıxış edərək bütün siyasi qüvvələr, ilk növbədə Ermənistanın yeni rəhbərliyi, yeni iqtidar birləşdirici yanaşmanı davam etdirəcək, milli birliyi möhkəmləndirəcək", — Lavrov bəyan edib. 

Официальный представитель министерства иностранных дел России Мария Захарова в Мультимедийном пресс-центре Sputnik Aзербайджан - Sputnik Azərbaycan
RUSİYA
Rusiya XİN rəsmisi: "Heç bir ölkə bunu bacarmazdı, Azərbaycan bacardı"

"Lakin son günlərin olayları aşkar şəkildə belə müsbət başlanğıcı pozur, Ermənistanın yeni rəhbərliyinin öz siyasi sələflərini təqib etməmək barədə bu yaxınlarda verdiyi bəyanatları ilə ziddiyyət təşkil edir", — nazir fikrini yekunlaşdırıb.

Ermənistanın Xüsusi İstintaq Xidməti iyulun 26-da keçmiş prezident Robert Köçəryana qarşı ölkənin konstitusion quruluşunu dəyişmək ittihamını irəli sürüb. Köçəryan məhkəmə qərarı ilə iki aylığına həbs edilib. Keçmiş prezident ittihamların siyası xarakterli olduğunu bəyan edib. Ondan əvvəl isə keçmiş müdafiə naziri Mikael Arutyunyan 2008-ci il 1 mart hadisələri ilə bağlı müqəssir qismində istintaqa cəlb olunub və barəsində axtarış elan olunub. KTMT baş katibi Yuri Xaçaturova da bu iş çərçivəsində ittiham irəli sürülüb. Xaçaturov zaminə buraxılıb.

Xəbər lenti
0