Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov rəsmi Moskvanın Qarabağa dair mövqeyini açıqladı

Abunə olmaq
Rusiya münaqişə tərəflərinə həll yolunun tapılmasında yardım edəcək

BAKI, 7 iyun — Sputnik. "Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışında tərəflərə yardım göstərməyə davam edəcək".

Sputnik Ermənistan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Rusiya həm Yerevan, həm də Bakı ilə ikitərəfli əlaqələr kontekstində, həm də ABŞ və Fransadan olan həmsədrlərlə birlikdə tərəflərin qarşılıqlı məqbul hesab edilə biləcək həll yolunun tapılmasına yardım edəcək", — deyə Lavrov görüşün yekunlarına dair brifinqdə bildirib.

Xəbər lenti
0