Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda bir gündə bir-birinə bənzəyən üç soyğunçuluq hadisəsi olub

© Sputnik / Anar MustafayevQapı
Qapı - Sputnik Azərbaycan
Abunə olmaq
Bu sutka ərzində Bakının üç rayonunda eyni motivli hal qeydə alınıb.

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Bu sutka ərzində paytaxtda üç soyğunçuluq hadisəsi qeydə alınıb.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Avqustun 9-da Binəqədi rayonunda naməlum kişi Biləcəri qəsəbəsində yaşayan 1980-ci il təvəllüdlü Novruzova Leyla Aləmşah qızının evinin qapısını döyüb. Qadın qapını açan kimi kişi onun sifətinə yumruq vurub. Qurbanının evində pul tapmayanda onun mobil telefonunu və ərinə məxsus içində titkinti alətləri olan çantanı götürərək aradan çıxıb. Əvvəlcə qapının arxa dəstəyinə dəmir çubuq keçirərək onu bağlayıb ki, qadın arxasınca qaçıb kömək çağıra bilməsin. 

Арест, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Ölkəmizdə son 2 gündə 220 cinayət törədilib

Araşdırma zamanı Binəqədi RPİ-nin 6-cı bölməsinin əməkdaşları əvvəllər AR CM-nin 221-ci maddəsi (Xuliqanlıq) ilə məhkum olmuş Salyan rayon sakini, 1981-ci il təvəllüdlü İsayev Həzi Süleyman oğlunu saxlayıblar.

İkinci soyğunçuluq hadisəsi Nərimanov rayonu ərazisindəki mağazada baş verib. İki naməlum şəxs Əliyev küçəsində yerləşən mağazaya daxil olub və obyekt sahibinin sifətinə yumruqla vuraraq kassanı soyub. Cinayətkarlar bu yolla mağazadan min manat aparıblar. Mağazanın sahibi, 1963-cü il təvəllüdlü Hacıyev Əkbər Mükafat oğlu faktla bağlı rayonun 17-ci polis bölməsiunə şikayət edib. Hələlik faktla bağlı saxlanan yoxdur.

Üçüncü soyğunçuluq faktı isə Nəsimi rayonunda qeydə alınıb. 20 Yanvar küçəsindəki 40 nömrəli binanın qarşısında gecə saat 23:30-da naməlum şəxs 1969-cu il təvəllüdlü Ospatova Nəsibə Şahismayıl qızına hücum edib. Kişi qadına bir neçə zərbə vurub ki, o müqavimət göstərə bilməsin. Beləliklə, kişi qadının çantasını aparıb. Çantada qadının mobil telefonu və 200 manat pul olub. Hazırda rayon polis bölməsinin əməliyyatçıları quldurların izinə düşməyə çalışır.

Hər üç faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti
0