Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ölkəmizdə son 2 gündə 220 cinayət törədilib

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeydə alınan cinayətlərin 48-i "isti izlər"lə açılıb

BAKI, 6 avqust — Sputnik. Son iki sutka ərzində respublikanın daxili işlər orqanlarının əməkdaşları 220 cinayət faktını qeydə alıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fəridə Əzizova - Sputnik Azərbaycan
HADİSƏ
Dünyada tanınmış idmançımızla bağlı məhkəmə prosesi başladı

Qeydə alınan cinayətlərin 48-i "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 21 cinayət faktı, qanunsuz odlu silah saxlama ilə bağlı isə 1 fakt müəyyən edilib.

Xəbər lenti
0