Zəlzələ nəticəsində ölən və yaralanan vətəndaşlarımız varmı - Araşdırmalara başlanıb

© AFP 2024 / Sam YehSeysmoqraf. Arxiv şəkli
Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan XİN İndoneziyada baş verən güclü zəlzələ ilə bağlı məlumat yayıb

BAKI, 9 avqust — Sputnik. "İndoneziyanın Lombok adasında avqustun 9-da təkrar zəlzələ baş verib. Təkrar zəlzələ nəticəsində xəsarət alan və ya ölənlər arasında Azərbaycan Respublikasının vətəndaşının olması məsələsini araşdırmaq üçün ölkəmizin İndoneziyadakı səfirliyi bu ölkənin müvafiq qurumları ilə davamlı olaraq təmasdadır".

İndoneziyada zəlzələ - Sputnik Azərbaycan
Müsəlman ölkəsində böyük fəlakət yaşanır, ölənlərin sayı 142 nəfəri keçib

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O, qeyd edib ki, avqustun 6-da həmin ərazidə baş vermiş zəlzələdə həlak olan və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb".

"İndoneziya dövlət qurumları tərəfindən zəlzələ zonasında olan əcnəbi vətəndaşlara müvafiq yardım və dəstək göstərilir. Turizm və ya digər məqsədlə hal-hazırda zəlzələ zonasında olan və xüsusi yardıma ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşları +62 812 89796665 (Ruslan Nəsibov) "qaynar xətti" ilə ölkəmizin İndoneziyadakı səfirliyi ilə əlaqə saxlaya bilərlər" — deyə H.Hacıyev vurğulayıb.

Xatırladaq ki, avqustun 6-da İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 142-ə çatıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentliyin nümayəndəsi Sutopo Purvo Nuqroho bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 300-dən çox insan xəsarət alıb: "Ölənlərin sayı arta bilər. Çünki xilasedicilər təbii fəlakətin baş verdiyi ərazini tam olaraq nəzarətə götüeə bilməyiblər".

Qeyd edək ki, bazar günü İndoneziyanın Lombok adasında Rixter cədvəli üzrə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.

Xəbər lenti
0