BAKI, 6 avqust — Sputnik. İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 142-ə çatıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentliyin nümayəndəsi Sutopo Purvo Nuqroho bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində 300-dən çox insan xəsarət alıb: "Ölənlərin sayı arta bilər. Çünki xilasedicilər təbii fəlakətin baş verdiyi ərazini tam olaraq nəzarətə götüeə bilməyiblər".
Qeyd edək ki, bazar günü İndoneziyanın Lombok adasında Rixter cədvəli üzrə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.