Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məni parkda yatmaqdan xilas edən adam...

© pixabay / HAMZA BUTTМужчина в депрессии, фото из архива
Мужчина в депрессии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Görəsən, bizdə hansı adam özünə və dostlarına hədiyyə etmək üçün 6 ədəd kitab alıb 210 manat pul ödəyər?

BAKI, 7 avqust — Sputnik. 5-6 il əvvəlin hadisəsidir. Yayın bitməsinə az qalmışdı. İstanbulda hər otağı ayrıca kirayə verilən hündür binalardan birində qalırdım. Ay tamam olurdu və kirayənin vaxtı çatırdı. Mənim isə pulum yox idi. Bütün günlərim kirayə pulunu tapmağın yolları barədə düşünməklə keçirdi.

Yazar, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Şair kimdir? Şeir nədir?

Bakıdakı dost-tanışla əlaqə saxlayıb kitablarımın satıldığı mağazalara göndərdim. Mağazalardan da müsbət cavab gəlmədi. Biri demişdi ki, müəllif ödənişlərinin vaxtı deyil, biri mühasibatın işləmədiyini bəhanə gətirmişdi, bir digəri kitabların satılmadığını bildirmişdi və s. Bunun da alınmadığını görüb ümidimi tamam itirdim və daha pul axtarmaqdan əl çəkdim.

Kimdənsə borc istəmək də mümkün deyildi. Çevrəm hamısı sənət adamlarıdır. Yazıçı, şair, jurnalist, aktyor, aktrisa, rejissor, bəstəkar və s. Bunların hansından borc istəmək olar ki? Satılan kitablarının pulu təkcə içki içib dərdlərini unutmağa yetən Azərbaycan yazıçısından, şairindənmi borc istəyərdim, yoxsa aylıq yol xərcləri belə maaşından çox olan aktyor, aktrisa, rejissorlardan? Xülasə, ədəbiyyat, sənət adamları ilə puldan danışmağa üzüm gəlmir. Yaxşı fərqindəyəm ki, bu əl çirki onların ən yaralı yeridir.

Beləcə, əlacsız qaldım. Evə qayıda da bilmədim. Taksimdə — "Gezi Park"ında oturub siqaret çəkirdim. Elə Türkiyədə ən ucuz siqaret olan "Mavi Lark" alacaq qədər pulum qalmışdı. Əşyalarım, geyimim, notbukum evdə idi. Ora qayıtsaydım, ev yiyəsi kirayə haqqını istəyəcəkdi və mən ödəyə bilməyəndə əşyalarımla birlikdə evdən çıxaracaqdı. Bu isə ikiqat yük olardı. Ən azından, əşyalarımın qalacaq yeri var idi. Mən isə pul dərdi çəkə-çəkə siqaret tüstülədirdim. Əlac yox idi, parkda yatacaqdım.

Elə bu vaxt ortayaşlı bir kişi yanımda əyləşdi. Cibindən "Malbro" qutusunu çıxarıb içindən bir siqaret götürdü. Nəzakətlə məndən alışqan istədi. Alışqanı çıxarıb siqaretini özüm yandırdım.

Bir xeyli sükutdan sonra qəfildən sual verib hardan olduğumu soruşdu. Azərbaycandan olduğumu dedim. Sonra İstanbulda nə iş görməyimlə maraqlandı. Mən də heç bir iş görmədiyimi bildirdim. O, inadla mənim məşğuliyyətimi öyrənməyə çalışırdı. "Azərbaycanda nə işlə məşğul idin?" deyə soruşdu. Mən elə Azərbaycanda da bir iş görmədiyimi dedim. Kişi isə yarızarafat, yarıciddi "sənin işin-gücün yoxmu?" deyə istehza etdi.

Bir köks ötürüb yazıçı olduğumu dedim. Təəccübləndi. Kitablarımla maraqlandı. "İki kitabım var" dedim.

O: Yanındamı?

Mən: Yox, evdədir.

O: Evin hardadır?

Bu sualı verəndə, elə bil, söydü məni. Susdum. Bilmədim ona nə cavab verim. O da yəqin ki, cavab vermək istəmədəyimi düşünüb üzünü başqa səmtə çevirdi və özünü elə apardı ki, bu sualı heç verməyib. Xeyli sükutdan sonra "Harbiyədə qalıram" dedim.

O: Bura yaxındır, mən sənin kitablarını oxumaq istəyirəm. Xahiş edirəm ki, mənə öz kitablarını satasan.

Mən: O kitablar azərbaycanca yazılıb. Siz anlamayacaqsız.

Kişi bizim dilə aşina olduğunu bildirdi və qeyd etdi ki, Nizamini, Füzulini, Nəsimini, Bəxtiyar Vahabzadəni azərbaycanca oxuyub.

Mən isə ona kitab sata bilməzdim. Çünki kitabları götürmək üçün evə getməli idim və evə getsəm, ev yiyəsi kirayəni istəyəcəkdi. O kişinin iki kitab üçün ödəyəcəyi pul da kirayə haqqının uzaqbaşı onda biri ola bilərdi. Vəziyyəti izah edib aciz görünmək də istəmədim. Onu bu fikrindən daşındırmaq üçün bir bəhanə axtarırdım. Elə bu vaxt "bir kitab üçün sənə 100 Tl (35 manat) ödəyəcəyəm" dedi.

Elçin Əfəndiyev - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Sənət Əfəndiyev hegemoniyasından qurtuldumu?

Heyrətə gəldim. "Zarafat edirsiz? Bir kitabın qiyməti 100 TL deyil" dedim. O isə, nəzakətlə izah etdi: "Mən bu kitabı mağazadan alsaydım, satış qiymətinə alardım. Amma mən bu kitabı yazıçının özündən alıram. Bunun, əslində, qiyməti ölçülməz. Bu, mənim üçün bir tarix olacaq, bir yazıçının özündən kitab alacağam. Ödədiyim 200 TL nədir ki, bunun müqabilində?"

Onun ciddiyyətinə əmin oldum. 200 TL mənim ödəyəcəyim kirayə haqqının yarısı idi. Bu pulu ev sahibinə verib, qalanını da sonra ödəməyə razı salacaqdım.

Onunla birlikdə qaldığım evə yollandıq. Onu içəri dəvət etsəm də, girmədi. Qapıda gözlədi. İki kitabımın hərəsindən bir ədəd gətirdim. Hər iki kitabın üz qapağına baxdı, ikisini də bir az vərəqlədi. Sonra isə "bu kitabların hərəsindən iki ədəd də gətir" dedi.

Təəccübdən əməlli-başlı tərlədim. İçəri girib hərəsindən iki ədəd də gətirdim. Kitabları alandan sonra əlini cibinə atdı. Pullarını çıxarıb hesablayaraq danışdı, "mənim iki yaxın dostum var. Onlar da kitab pərəstişkarıdır. Hərəsindən bir ədəd onlar üçün hədiyyə alıram. Amma səndən bir xahişim var ki, bu kitabların hamısını imzalayasan".

Sözünü bitirən kimi 600 TL (210 manat) uzatdı mənə. Əlim əsə-əsə pulu aldım. Bir qələm götürüb kitabların hamısını imzaladım. O, əlimi sıxıb təşəkkür etdi. Məni tanımağa sevindiyini də deyib sağollaşdı.

Əlimdə 600 TL pul var idi və mən bu pulu 6 ədəd kitabdan qazanmışdım. Azərbaycanda isə mən bu pulu ən az 100 kitabımın satışından qazana bilərdim. O hadisənin təəccübü hələ də məni tərk etməyib.

Cəld aşağı düşüb ev sahibinə 400 TL verdim. Sonra bir kafedə yemək yedim. Həmin andan indiyə qədər düşünürəm: görəsən, mənim ölkəmdə hansı adam özünə və dostlarına hədiyyə etmək üçün 6 ədəd kitab alıb 600 Tl (yəni 210 manat) pul da ödəyər?

Xəbər lenti
0