CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ən tez çürüyən avtomobillərin adları açıqlandı – SİYAHI

© Sputnik / Irade JELILBinəqədidə "avtomobil qəbiristanlığı"
Binəqədidə avtomobil qəbiristanlığı - Sputnik Azərbaycan
Abunə olmaq
Ən tez çürüməyə məruz qalan avtomobillərin siyahısı açıqlanıb.

BAKI, 7 avqust — Sputnik. Ən tez çürüməyə məruz qalan avtomobillərin siyahısı açıqlanıb. Sputnik Azərbaycan "Novate" jurnalına istinadla xəbər verir ki, ən tez çürüyən avtomobil "Volqa"dır.

Автовоз, фото из архива - Sputnik Azərbaycan
Dələduz-müəllim olmayan avtomobillərə görə 16 milyon qazandı

Belə ki, "Volqa"nın korpusu pis keyfiyyətə malik metaldan hazırlanıb və buna görə də avtomobil alındıqdan bir neçə il sonra çürüməyə başlayır. Siyahıda ikinci yerdə 2007-2014-cü illərdə istehsal olunan "Ford Mondeo" avtomobili qərarlaşıb. Belə ki, bu avtomobillərin yük yeri çürüməyə daha meyllidir.

Üçüncü pillədə 1998-2004-cü illərdə istehsal olunan "Opel Astra" durur. Jurnalın yazdığına görə, bu avtomobilin də yük yeri çürüməyə meyllidir. Əgər avtomobilin sahibi maşına pis baxsa, onda avtomobil bir neçə il ərzində çürüməyə məruz qalacaq.

Dördüncü pillədə isə "UAZ Patriot" avtomobili gəlir. Belə ki, avtomobil keyfiyyətsiz dəmirdən istehsal olunduğundan o qısa müddətdə çürüməyə məruz qalır.

Beşinci pillədə 1995-2006-cı illərdə istehsal olunan "Nissan Almera" qərarlaşıb. Etibarlı olmasına baxmayaraq, avtomobilin qapısı, yük yeri və ön hissəsində çürüklər əmələ gəlir.

Siyahıda sonuncu yerdə 2002-2012-ci illərdə istehsal olunan "Mazda 6" gəlir. Avtomobilin birinci nəsli çürüməyə çox meylidir. Əgər avtomobilə yaxşı baxılmazsa, o bir neçə il ərzində çürüyəcək.

Xəbər lenti
0