Dələduz-müəllim olmayan avtomobillərə görə 16 milyon qazandı

© AP Photo / Fabian BimmerАвтовоз, фото из архива
Автовоз, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qaçmaq istədiyi zaman saxlanılan şəxsin izahatı alındıqdan sonra o, azad buraxılıb

BAKI, 6 avqust — Sputnik. Türkiyəli müəllim olmayan avtomobilləri 80 dəfə sataraq, 16 milyon manat əldə edərək qaçıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk polisi dələduz müəllimi yaxalayıb.

Belə ki, avtomobil satışı ilə məşğul olan Emre K. alıcılara İstanbulda dövlətin əl qoyaraq hərraca çıxardığı avtomobilləri aldığını bildirib. O, alıcılara 20-25 min Tl-yə (6500-8000 manat) avtomobil satdığını deyərək olmayan avtomobillərin pulunu nəğd şəkildə alıb.

Zərəçəkmişlərdən Nəcməddin Yar adlı şəxs isə 23 avtomobil üçün Emre K.-ya 1 milyon Tl (327 min manat) verdiyini deyib. Dələduz isə onları avtomobilləri "bu gün sabah gələcək" deyə aldadıb. Ümumilikdə 80 nəfəri aldadan dələduz onlara 16 milyon manat pul atıb. Qaçmaq istədiyi zaman saxlanılan şəxsin izahatı alındıqdan sonra o, azad buraxılıb. Emre. K. hazırda Hatayda müəllim işləyir.

Xəbər lenti
0