BAKI, 6 avqust — Sputnik. Almaniyanın "Bavariya" klubunun müdafiəçisi Jerom Boatenq İngiltərənin "Mançester Yunayted "klubunun maraq dairəsinə düşüb. Bu barədə Sputnik Azərbaycan "Sky Sports"-a istinadən xəbər verir.
Məlumata əsasən "Bavariya" və "Mançester Yunayted" nümayəndələri 29 yaşlı müdafiəçinin transferi üzrə də danışıqlar başlayıb.
İngiltərə təmsilçisi təxminən 45 milyon funt sterlinq qarşısında Boatenqi almaq niyyətindədir.
Oyunçu özü də klubu dəyişmək niyyətindədir.
Qeyd edək ki, daha əvvəl Fransanın "PSJ" klubu da oyunçu ilə maraqlanıb.